Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi

Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi

Hafiz Paşayev: Onlayn təhsil ADA Universitetində artıq normaya çevrilib

Bakı, 12 may, AZƏRTAC

Çoxdandır ki, dövlət və özəl sektorun idarəçiləri rəqəmsallaşma haqqında düşünür, amma az sayda təşkilat və şirkətlər bunu əməli sürətdə həyata keçirə bilir. Bəziləri yalnız dəbdə olan terminlərdən istifadə edərək müzakirələrlə kifayətlənir, digərləri isə subyektiv və obyektiv çətinliklərlə rastlaşanda səylərini dayandırırlar. ADA Universiteti Azərbaycanın təhsil sektorunda rəqəmsal texnologiyaların tətbiqi baxımından öndə gedənlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ADA Universitetinin rektoru Hafiz Paşayevin “Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqalənin tam mətnini təqdim edir.

Hazırda COVID-19 pandemiyası dövründə universitetimizin rəqəmsal potensialı təhsil xidmətlərimizin onlayn davam etdirilməsi üçün nə qədər vacib olduğunu nümayiş etdirdi. Bu yazıda ADA Universitetinin rəqəmsallaşma istiqamətində əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə bəzi mülahizələrimi bölüşmək istərdim.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim mərkəzi kimi fəaliyyətə başlayıb. Lakin biz sürətlə inkişaf edən müasir Azərbaycan Respublikası üçün keyfiyyətli kadr yetişdirilməsi zərurətini anlayaraq təlim mərkəzindən universitet formatına keçməyi zəruri hesab edirdik. Bunun üçün sinif otaqları, laboratoriyalar, kitabxana, informasiya texnologiyaları infrastrukturu və tələbə mərkəzlərindən ibarət müasir tədris mərkəzi - universitet şəhərciyinin tikilməsi vacib idi. Belə kampusun qurulması dizayn və təhsil prosesinin planlaşdırılması baxımından yeni düşüncə tərzi və yanaşma tələb edirdi. Biz gözləyirdik ki, müasir kampusun yaradılması yalnız rahat tədris şəraiti deyil, həm də təhsil sektoruna ən yaxşı istedadların cəlb edilməsinə kömək edəcək. İşə başlayarkən planlaşdırma prosesində ADA dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq etdi, həm Qərb, həm də Şərq təhsil ocaqlarının təcrübəsindən yararlandı. Universitetin konsept və dizaynını tərtib etmək üçün ABŞ-dan memar qrupu dəvət etdik. Nəticədə yeni tikilmiş kampus digər üstünlüklərlə yanaşı, “yaşıl” və “ağıllı” texnologiyaların, bərpa olunan enerji mənbələrinin, etibarlı “wi-fi” və daxili “e-mail” sistemlərinin istifadəsini təmin etmiş oldu.

Göz oxşayan və texnoloji baxımdan müasir binalar ali təhsil ocağının uğurunu təmin edən yalnız bir amildir. Digər əsas məqsədimiz münasib əməkhaqqı təklif etməklə həm Azərbaycandan, həm də digər ölkələrdən yaxşı müəllimləri cəlb etmək, onlara müasir və yaradıcı akademik mühitdə işləmək şəraiti yaratmaq idi. Eyni zamanda, onlara yüksək standartlarımız və gözləntilərimizi də aydın çatdırmalı idik: seçdiyimiz müəllimlərin əksəriyyəti xarici universitetlərdə doktorantura bitirməli, ingilis dilində mükəmməl danışmalı, dərsləri interaktiv şəkildə apara bilməli, elmi tədqiqatla məşğul olmalı və ən əsası, ADA komandası ilə birlikdə daim öyrənməyə və peşəkarlığını inkişaf etdirməyə hazır olmalı idi. Müəllimlərin informasiya texnologiya bacarıqlarına xüsusi önəm verilirdi. İşəgötürmə prosesi - istər müəllim, istərsə də inzibati işçi olsun - şəffaf şəkildə, bilik və bacarıqlar əsas tutularaq təşkil edildi. Məhz bu səciyyələri daşıyan komanda universitetimizdə ilk gündən düzgün dəyərlərin seçilməsi, etik normalara əsaslanan mühitin yaradılmasını mümkün etdi. Belə təcrübəli və çevik yanaşması olan komanda sayəsində ADA Universiteti dəfələrlə qarşılaşdığı çətinlik və dəyişikliklərdən uğurla keçə bildi.

Texnoloji tərəqqidən yararlanmaq və innovasiyaya meyillilik ADA-nın gündəlik işinin hər istiqamətində özünü göstərir. Yeni texnologiyalar nəticəsində üzə çıxan böyük həcmli məlumat bazası fərqli düşünmək, təhlillər aparmaq və daha yaxşı qərarlar qəbul etmək imkanları açmaqla yanaşı, dəyərlərimizi və iş təcrübəmizi daha da möhkəmləndirir. İlkin mərhələdə biz rəqəmsallaşmanın tətbiqini əsas şöbələrimizdən - tələbə qəbulu, kitabxana, akademik bölmələr və karyera xidmətlərindən başlayaraq innovasiyanı digər şöbələrə də aid etdik.

Təhsil sahəsində mövcud müasir proqramların istifadəsini 2008-ci ildə Embark proqramının tətbiqi ilə başladıq. Bu proqram internetə çıxışı olan hər kəsə ADA-ya qəbul üçün sənəd vermək imkanı yaratdı. Bu minvalla toplanan zəngin və faydalı məlumat bazası trendləri müəyyənləşdirməyə, statistik hesabatlar çıxarmağa və çevik müdaxilələr etməyə yol açdı. Marketinq və kommunikasiya fəaliyyətimizi də məhz bu data bazası üzərində qurduq. Bəzi abituriyentlər qəbul olunmasalar belə, ADA-nın məlumat bazasında qalaraq, digər proqramlar barədə xəbərdar olurlar.

Əldə olunan məlumat daha sonra fakültələr tərəfindən tələbələrin şəxsi işlərinin tərtib edilməsi, dərs qeydiyyatı prosesinin asanlaşdırılması, transkriptlərin verilməsi və digər gündəlik məlumat istehsalında istifadə edilir.

2009-cu ildə alınan “PowerCampus” proqramı tədris prosesinin idarə edilməsinə, o cümlədən imtahan və dərs cədvəllərinin səmərəli təşkilinə, müəllim və tələbə heyətinin məlumat bazasının yaradılmasına kömək etdi. Bu proqram həftəlik olaraq davamiyyət, dərslərin müddəti, imtahanlar və akademik göstəricilərlə bağlı hesabatlar hazırlayırdı. Beləliklə, dekanlar, prorektorlar və hətta rektor özü sistemə daxil olaraq imtahan prosesi ilə bağlı bütün məlumatı asanca əldə edə bilirdi və bununla da şəffaflıq təmin olunurdu.

Eyni şəkildə, ADA kitabxanası “Millenium” proqramına vəsait sərf edərək kitab kolleksiyaları, məqalələr toplusu, ziyarətçi qeydiyyatı və borc götürülən materialların izlənilməsini asanlaşdırdı. Daha sonra, 2019-cu ildə ADA kitabxanası bir addım da irəli gedərək mükəmməl inventarizasiya imkanları verən çoxfunksiyalı “WorldShare Management Services” (WMS) ortaq bulud sistemini tətbiq etdi. Bu, müasir kitabxanaçılıqda yüksək standart və ən arzuolunan modeldir. Hazırda ADA kitabxanası Azərbaycanda bütün kolleksiyasına açıq çıxış yaradan ilk inteqrasiyalı kitabxana sistemidir və onun üstünlüyü vaxta qənaət etməklə etibarlı akademik qaynaqlara istənilən yerdən daxil olmaqdan ibarətdir.

Universitetin Karyera Mərkəzi, bu arada, “Simplicity” proqramına yatırım edərək tələbələri vakansiyalar barədə məlumatlandırır, onların peşəkar və karyera inkişafını yönləndirir və müxtəlif şirkətlər və sənayelərlə bağlantını təmin edir.

Yuxarıda göstərilən proqramların tətbiqi şəffaflığın təmini, statistik təhlillər aparılması, hesabatların nəzərdən keçirilməsi ilə tədris prosesinin idarəedilməsini yüngülləşdirdi və işin səmərəliyini artırdı. Tələbələr də, öz növbəsində, bu proqramlardan istifadə edərək informasiya texnologiyaları bacarıqlarını genişləndirir və müasir cəmiyyətin tələblərinə daha hazır olurlar.

Bir müddət sonra rəqəmsallaşmanın universitetin bütün idarəetməsində zəruri olduğunu görərək “SAP” proqramını əldə etdik. Beləliklə, ölkədə bir sıra aparıcı şirkətlər maliyyə və mühasibatlıq məqsədləri üçün hələ də 1C proqramından istifadə etdikləri halda, ADA Universiteti Azərbaycanda “SAP” proqramını ilk tətbiq edənlərdən biri oldu.

Bu proqramlar ayrı-ayrılıqda faydalı və funksional olsa da, onların inteqrasiyası gündəmə gəldi və bütün tədris və inzibati əməliyyatlarımızı birləşdirən vahid çətirvari platformaya ehtiyac yarandı. ADA Universiteti 2015-ci ildə McKinsey konsaltinq şirkəti ilə birlikdə öz gələcəyinə dair onillik strateji planını hazırladı. Plana uyğun olaraq, həmin il universitetin yaratdığı bütün məlumat bazasını birləşdirməyə imkan verən “Banner” tələbə məlumat sistemi - “Banner Enterprise Resource Planning” (ERP) və “Blackboard” tədrisin idarəedilməsi proqramlarını əldə etdik. Bu proqramların tətbiqi özlüyündə çoxşaxəli və ciddi diqqət tələb edən bir prosesdir. ADA Universitetinin rəhbərliyi buna 10 ay ərzində nail olmaq kimi iddialı məqsədi ortaya qoydu.

Xüsusi olaraq akademik müəssisələr üçün yaradılmış bu proqramlar hazırda həm ADA Universiteti, həm də ADA Məktəbi tərəfindən istifadə edilir. Onların üstünlüklərindən biri odur ki, təhsil ocaqlarının konkret ehtiyac və istəklərinə uyğunlaşdırılır. Bu proqramlar bizə tək universitetin idarəedilməsini və tədris prosesini deyil, dərs demək tərzimizi də daha mükəmməl etməyə imkan yaratdı. Burada fənlər üzrə materialların onlayn platformaya yerləşdirilməsi, tələbələr arasında onlayn müzakirələr və forumlar keçirilməsi, test və imtahanların təşkili, ev tapşırıqlarının vaxtında təhvil verilməsi kimi texnoloji alətlər təhsil prosesini yaxşılaşdırdı. Müəllimlərimiz sinifdə ənənəvi öyrənmə prosesini interaktiv metodların tətbiqi, “ağıllı” lövhələrin istifadəsi, audio-video materialların nümayişi, “Blackboard” proqramının verdiyi digər informasiya texnologiya imkanları ilə zənginləşdirirlər. Tələbələr isə vahid platforma üzərindən öz imtahan cavabları, qiymətləri, ev tapşırıqları, hətta təhsil haqqı balansı kimi məlumatları asan şəkildə nəzərdən keçirə bilirlər. Hər iki proqram -“Banner” və “Blackboard” yerli serverlərimizi istifadə etməklə yanaşı, bulud serverlərində də data saxlayaraq məlumatların təhlükəsizliyini təmin edir.

“Banner Enterprise Resource Planning” (ERP) vasitəsilə təhsil ocağımızın maliyyə, insan resursları, təchizat və digər müvafiq şöbələrində iş axını təkmilləşdirilir. Statistik hesabatların hazırlanması “Argos Enterprise Reporting Solution” proqramı üzərində həyata keçirilir.

Bu proqramların istifadəsi erkən planlaşdırma və komanda işini daha da gücləndirdi. Yeni proqramların tətbiqini universitetin 30 nəfərlik heyət qrupu təmin edirdi. Onlar proqramların tərtibi və idarəedilməsində o qədər mükəmməl təlim almışdırlar ki, sonradan bütün universitet heyətini təlimləndirmək kimi məsul işdə də uğur qazandılar. İnanırıq ki, qrupun əldə etdiyi təcrübə Azərbaycanda və hətta qonşu ölkələrdə universitet kadrlarının təlimləndirilməsində istifadə oluna bilər. Artıq Qazaxıstanın Nazarbayev Universiteti təcrübəmizi onlarla bölüşmək üçün ADA-ya müraciət edib.

Öz təcrübəmizə istinadən deyə bilərik ki, rəqəmsal texnologiyalarının tətbiqi bir neçə çətinliklərlə və maneələrlə rastlaşır. Müvəffəqiyyət əldə etmək üçün bu riskləri düzgün dəyərləndirmək lazımdır. Bu işin uğuru bir neçə amil ilə bağlıdır:

• Hər şeydən əvvəl, təşkilatın gələcəyə baxışı və uzunmüddətli planı, bu planın əsas tərkib hissəsi kimi rəqəmsal texnologiyalarının tətbiqi olmalıdır. Bu işdə rəhbərliyin qəti niyyəti və bunun kollektivə çatdırılması təşkilatın ruhunu və mədəniyyətini dəyişdirər, işçilərin nikbinliyini gücləndirər, bütün heyəti ümumi missiya və məqsədlər ətrafında birləşdirər, onları vahid komanda kimi mütəşəkkil edər, məsuliyyət, cavabdehlik və yeni məqsədlərə sadiqlik duyğusunu artırar.

• Dəyişiklik mərhələsini idarə etmək asan deyil. Bəzi işçilər rahatlıqlarının pozulmaması, yaxud təklif edilən dəyişikliklərin faydalarını anlamadıqları üçün müqavimət göstərə, hətta sabotajla da məşğul ola bilərlər. Ona görə də bu prosesə nəzarəti düzgün insanlara tapşırmaq və onları səlahiyyətləndirmək vacibdir. Digər nəzərə alınmalı məqam mütəmadi olaraq komanda üzvlərindən rəylər almaq, yeniliklərin tətbiq edilməsi sürəti və çətinlikləri barədə onlarla müzakirə aparmaqdır. Yeni texnologiyaların ən kəskin tənqidçiləri belə nəticələri gördükdə bu alətlərin ən güclü müdafiəçisinə çevrilirlər. Proses boyu layihə məsləhətçilərinin düzgün seçilməsi və planlaşdırılmış mərhələlərin vaxtında bitirilməsinə nəzarət vacibdir.

• Müəllim və işçilərin təlimi daim diqqətdə qalmalıdır. Layihənin detallarını daha yaxşı anlamaq və dəyişiklikləri əlaqələndirilmiş şəkildə həyata keçirmək üçün prosesin bütün iştirakçılarına müvafiq yatırımlar edilməlidir. Universitet rəhbərliyi dekanların və müəllimlərin çevik şəkildə təlim keçmələrini təmin etməlidir. Proqramların tətbiqinin uğuru üçün ADA Universiteti müəllimlərin təlim alması məqsədilə onları Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinə ezam etdi. Öz nümunəmizdə deyə bilərəm ki, əməkdaşlarımız onların rəy və təcrübəsindən istifadə olunmasını yüksək dəyərləndirirdilər.

• Sonuncu tövsiyəm, informasiya texnologiyaları resurslarına davamlı yatırımlar etməkdir. Proqram təminatının ən son versiyalarının əldə olunması, serverlərin saxlanılması və genişləndirilməsi, avadanlığın yenilənməsi daim maliyyə xərcləri tələb edir. Bu xərclərin planlaşdırılması və texnoloji imkanların araşdırılması komandanın gündəlik işinə çevrilməlidir.

ADA Universiteti texnoloji dəyişikliklərə on il əvvəl başladı. O dövrdə heç kim dünyanın belə sürətlə dəyişəcəyini təsəvvür etmirdi. Pandemiya şəraitində bu gün bir çox təşkilatlar iflic olmamaq və fəaliyyətlərini davam etdirmək üçün yeni proqram tətbiqlərinə tələsir. Universitetlər də istisna deyil - çoxları onlayn tədris alətlərinin olmaması səbəbindən çətinlik çəkir. Digərləri müxtəlif ödənişsiz platformalardan istifadə edərək məlumat təhlükəsizliyi və ya tədris məqsədlərinə tam uyğun olub-olmaması amillərinə ciddi diqqət yetirə bilmirlər.

ADA Universiteti bu mənada yaranan vəziyyətə hazır idi və iki həftə ərzində dərslərini bütünlüklə onlayn formata keçirə bildi. Hər bir müəllim “Blackboard” proqramı ilə işləməyi bacarırdı. Bu günlərdə isə onun “Collaborate” komponentindən istifadə etməyə başladılar. Tələbələr isə onlayn platformadan hələ 2017-ci ildən bəri istifadə edirdilər. Dərslərin onlayn və keyfiyyətli şəkildə davam etdirilməsi üçün ortaya çıxan çətinliklər həftəlik müzakirələr, məsləhətləşmələr, iclaslar vasitəsi ilə qısa bir zamanda koordinasiyalı şəkildə aradan qaldırıldı.

Aydındır ki, onlayn təhsilin öz çatışmazlıqları var. Tələbə və müəllim heyəti bəzi hallarda internet bağlantısının kəsilməsi ilə üzləşir. Ümid edirik ki, bütün ölkə üzrə internet bağlantısının yaxşılaşdırılması üçün ölkənin İT sektorunda müvafiq addımlar atılacaq. Onlayn tədrisdə imtahanların etibarlılığının təmin edilməsi vacibdir. Bunun üçün ADA Universiteti bu yaxınlarda “Respondus” proqramını əldə edib. Bu vasitə ilə məsafədən keçirilən imtahanlar zamanı köçürmələrin və digər mənfi halların qarşısı alınır. Tələbələr tərəfindən məzmunun mənimsənilməsinə gəldikdə, onlayn tədrisin ənənəvi təhsillə müqayisədə səmərəli olub-olmaması barədə müzakirələrimiz hələ də davam edir. Aydındır ki, ənənəvi tədrisdən fərqli olaraq, onlayn tədris tələbələrin bir-biri ilə ünsiyyət yaratma və öyrənmə imkanlarını məhdudlaşdırır. Amma inanırıq ki, təcrübə qazandıqca bu məsələlərin də həlli tapılacaq.

Əldə etdiyimiz təcrübə sübut edir ki, innovativ dəyişikliklərin və rəqəmsal transformasiyanın müsbət nəticələri çoxdur. Əslində, yeni texnologiyalar artıq günümüzün reallığıdır. Ona görə də dəyişikliklərin idarə edilməsi və təhsil xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu yeniləşmənin ön sıralarında olmalıyıq.

Sonda bir daha qeyd etmək istərdim ki, universitetin onillik strateji planına uyğun olaraq fiziki infrastruktura və insan resurslarına yatırım etməklə yanaşı, rəqəmsal transformasiyaya da diqqət yetirməyimiz öz bəhrəsini verməkdədir. Şadıq ki, mövcud şəraitdə hazırlıqlı olmağımız tələbə, şagird və valideynlərimizin gözləntilərini doğrultdu və bizə təhsil semestrini fasiləsiz davam etməyə imkan yaratdı. Bəzi valideynlər, hətta övladlarının onlayn dərslərini böyük maraqla izləyib müsbət təəssüratlarını bizimlə bölüşürlər. Onlayn təhsil ADA Universitetində artıq normaya çevrilib. Gələcəkdə bu təcrübəni ixtisasartırma proqramlarının həyata keçirilməsində də daha geniş istifadə etmək niyyətindəyik. Yaxın keçmişdə, onlayn tədris ənənəvi tədrisə köməkçi qismində istifadə edilirdisə, bu günlərdə hər iki üslub tədrisin tərkib hissəsinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər