Təhsilin İnkişaf Fondu: Daha böyük layihələrin reallaşmasına nail olmaq istəyirik
Bakı, 5 fevral, AZƏRTAC
Milli Aviasiya Akademiyasının timsalında daha bir ali təhsil müəssisəsi də “Tələbə+” layihəsinə qoşuldu. Bu bizim üçün qürurlu bir haldır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli deyib.
“Ümid edirəm ki, Milli Aviasiya Akademiyasının tələbələri də bu təşəbbüsün verdiyi faydalardan yararlana biləcəklər. Bu layihənin əsas məqsədi tələbələri dəstəkləmək, onların təhsilə daha çox vaxt ayırmalarına şərait yaratmaqdan ibarətdir. Təhsilin İnkişaf Fondu bir neçə istiqamətdə layihə hazırlayır. İlk növbədə, həssas sosial qruplardan olan tələbələrə müxtəlif dəstək mexanizmləri, infrastruktur layihələrini həyata keçiririk. Gələcəkdə bu layihələrin sayının artırılması da nəzərdə tutulub. Daha böyük layihələrin reallaşmasına nail olmaq istəyirik ki, həm tələbələr, həm də müəllimlər üçün, ümumilikdə isə ölkəmizin təhsili üçün faydalı işlər görək”, - deyə N.Məmmədli əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO
- 01.10.2026 [10:53]