Tekstil sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xırdalanda tekstil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsinin, Sahibkarlığın İnkişafı Fondunun, KOBİA-nın və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri, eləcə də 10-dan çox sahibkarlıq subyekti iştirak edib. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlar tərəfindən idxal-ixrac əməliyyatları zamanı yaranan çətinliklər, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]