Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 16 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından altı mobil telefonun oğurlandığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyənləşib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdığını bildirib.
Mobil telefonlardan üçü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]