Təranə Nəzərova: Azərbaycan xalqı sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqiyə səs verib
Helsinki, 28 aprel, AZƏRTAC
Azərbaycan xalqı aprelin 11-də öz iradəsini ifadə edərək, Prezident İlham Əliyevin xalqın rifahının yüksəldilməsinə və ölkənin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönəlmiş siyasətini yenidən dəstəkləyib.
Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib. O, qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqiyə səs verib.
Cəmiyyətin sədri vurğulayıb ki, Azərbaycan mədəniyyətlərarası dialoq üzrə proqramların reallaşdırılması mərkəzinə çevrilib. Bakıda keçirilən mədəniyyətlərarası dialoq üzrə beynəlxalq və humanitar forumlarda tanınmış dövlət xadimlərinin çıxışları bunun sübutudur. Bakı, Gəncə, Qəbələ və Naxçıvanın sivilizasiyalararası dialoq mərkəzlərinə çevrilməsi də əhəmiyyətlidir.
Təranə Nəzərova xalqın rifahı və ölkənin əmin-amanlığı naminə dövlətimizin başçısına uğurlar arzulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki