Terrorçuların Türkiyənin yaşayış məntəqələrinə raket atəşi nəticəsində üç nəfər həlak olub VİDEO
İstanbul, 10 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin tərəfindən “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatının başlamasının ardından terrorçular Türkiyənin sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutub.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində biri körpə olmaqla üç nəfər həlak olub.
Son məlumata görə, hadisə nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.
Hərəkat başladığı andan indiyədək Nusaybinə 130 raket atılıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Əməliyyatın ilk iki günü ərzində Suriyanın Tel Abyad və Rasulayn şəhərlərinin 7 kəndi terrorçulardan təmizlənib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]