REGİONLAR
Tərtər sakini: Əkilən ağaclar böyük şair İmadəddin Nəsiminin xatirəsinə qoyulmuş yaşıl abidələr olacaq
Tərtər, 15 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü şairinin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, həm də ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması istiqamətində atılan ciddi addımdır. Əkilən ağaclar böyük şair İmadəddin Nəsiminin xatirəsinə qoyulmuş yaşıl abidələr olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tərtər rayon sakini Nəriman Nərimanzadə deyib. Respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsün Tərtər sakinləri, o cümlədən gənclər tərəfindən böyük razılıqla qarşılandığını bildirən N.Nərimanzadə deyib: “Biz tərtərlilər təbiətə, torpağa bağlı insanlarıq. Respublikamızda, eləcə də rayonumuzda keçirilən ağacəkmə aksiyalarında həmişə fəal iştirak etmişik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına da xüsusi həvəslə qatılacağıq. Bununla biz həm torpağa, təbiətə, həm də mənəvi abidələrimizdən olan poeziya ustadımızın xatirəsinə sevgimizi ifadə etmiş olacağıq”.