Təyyar Eyvazov: "Delta" ştamı ilə yoluxan xəstənin vəziyyəti qəflətən ağırlaşa bilər
Bakı, 17 noyabr, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) ilkin simptomları ilə digər hava-damcı yolu ilə yoluxan infeksiyaların simptomları oxşardır. Xəstənin taleyi vaxtında verilmiş qərardan asılıdır. Yəni, ilkin əlamətlərə əsasən qərar vermək olmaz. Əks halda xəstə gecikmə nəticəsində ağır fəsadlaşma ilə üzləşə bilər. Xəstənin koronavirusa yoluxub-yoluxmadığı yalnız test müayinəsi nəticəsində müəyyən olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində "COVID-19 " mövzusunda çıxışı zamanı deyib.
T.Eyvazov bildirib ki, əgər xəstədə ağciyər zədələnməsi sürətli inkişaf edir və digər müəyyən əlamətlər artırsa, COVID-19 infeksiyasından şübhələnmək olar: “Çox yaxşı olar ki, COVID-19 virusu xəstəliyin ilk günlərində aşkarlansın. Xüsusən "delta" ştamı ilə yoluxma zamanı proses qəflətən şiddətlənir və xəstənin vəziyyəti ağırlaşır. Ona görə də ilkin simptomlardan şübhələnən hər kəsi müayinə etmək lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]