Təzəbinə, Ballıca və Vəngli sakinləri mina təhlükəsi ilə bağlı maarifləndiriliblər
Bakı, 9 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunan ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir Ağdərə rayonunun Vəngli, Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinə köçürülən ailələr arasında keçirilib. Tədbirdə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi məsələləri, vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı barədə məlumat verilib, mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib.