DÜNYA
“Threads” profilini yalnız “Instagram” hesabı ilə birlikdə silmək mümkündür
![“Threads” profilini yalnız “Instagram” hesabı ilə birlikdə silmək mümkündür](/files/2023/2/1200x630/16887120854763613208_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
“Meta”nın “Twitter”ə rəqib olaraq hazırladığı “Threads” tətbiqi istifadəyə verilib. Ancaq “Threads” sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi “Meta” korporasiyası məlumat yayıb.
Bildirilib ki, istifadəçilərin istənilən vaxt “Threads” profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün “Instagram” hesablarını silməlidirlər.
Qeyd edək ki, sosial media platformasına yalnız “Instagram” hesabı ilə daxil olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]