Tokio Fond Birjasında “Nikkey” indeksi ilin ən yüksək həddinə çatıb
Tokio, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Tokio Fond Birjasında “Nikkey” indeksi səhmlərin alışına artan sifarişlər nəticəsində cari ilin ən yüksək həddinə çatıb.
AZƏRTAC xəbər verir ki, özündə Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərini birləşdirən “Nikkey” indeksi günü 22307 həddində baş vurub, bu da bir gün əvvəlki göstəricidən 107 bənd yuxarıdır.
Daha geniş TOPIX indeksi də 8 bənd artaraq, günü 1620 həddində başa vurub.
Məsələ burasındadır ki, aprelin 25-də Yaponiya Mərkəzi Bankı gələn ilin yazınadək kütləvi yumşaltma siyasətini davam etdirəcəyi barədə qərar qəbul edib.
Bazar mənbələrinin bildirdiyinə görə, Mərkəzi Bankın bu addımı investorların iqtisadiyyata inamını yüksəldib.
Mənbələr, həmçinin bildiriblər ki, investorlar milli valyuta yenin dollara nisbətdə zəifləyəcəyini düşünərək səhmləri almağa başlayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]