Tokio Olimpiya Oyunlarına biletlər üçün lotereyanın nəticələri dərc olunub
Tokio, 20 iyun, AZƏRTAC
2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının təşkilat komitəsi biletləri əldə etmək üçün təşkil olunan lotereyanın nəticələrini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, nəticələr təşkilat komitəsinin biletlər üçün yaratdığı xüsusi veb-saytda yerləşdirilib.
Lotereyanın iştirakçıları hər bir Olimpiya tədbiri üçün neçə bilet qazandıqlarını və bunun üçün ödəməli olacaqları məbləği veb-saytdan öyrənə bilərlər. Qaliblərə, həmçinin elektron məktublar vasitəsilə də məlumat veriləcək.
Qeyd edək ki, yarışları izləmək üçün ümumilikdə 7,8 milyon bilet satışa çıxarılıb. Təşkilat komitəsi ümumilikdə neçə biletin satıldığı və müraciətlərin sayını açıqlamayıb. Buna baxmayaraq, müraciət üçün 7,5 milyon müraciətin olduğu bildirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]