Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarını qarşıda çətin vəzifələr gözləyir
Tokio, 1 yanvar, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarını qarşıda çətin vəzifələr gözləyir. Plana əsasən yarışlar cəmi yeddi ay sonra baş tutmalıdır.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının tarixində ilk dəfə olaraq təxirə salınan Olimpiya Oyunları iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlamalıdır. Təşkilatçılar Olimpiya Oyunlarına buraxılması nəzərdə tutulan tamaşaçıların sayını yazda müəyyənləşdirməyi planlaşdırırlar. Olimpiya məşəli estafeti də martda start götürməlidir.
Bununla yanaşı, test tədbirlərinin martda başlaması və mayadək yekunlaşdırılması nəzərdə tutulur.
İştirakçı idmançıların siyahısının dəqiqləşdirilməsi isə iyunun sonlarında başa çatdırılmalıdır.
Lakin koronavirus pandemiyasının bütün dünyanı ağuşuna alması və onun yeni ştammlarının meydana gəlməsi böyük problemlər yaradır.
Buna görə də iştirakçı ölkələrin seçim turnirlərinin təşkil etməsi və qalib idmançıların Tokioya vaxtında göndərilməsi mühüm vəzifə olaraq qarşıda dayanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]