Azərbaycan Dövlət İnformasiya Agentliyi

TOVUZ RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

TOVUZ RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 24-də Tovuz şəhərində Heydər Əliyev Muzeyinin qarşısındakı meydanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Rayonun ziyalıları adından çıxış edən həkim NƏSİB NAĞIYEV dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, izacə verin, Tovuz camaatı adından Sizi salamlayım, “Xoş gəlmisiniz!” deyim, qədəmləriniz uğurlu olsun. Sizin hər gəlişiniz bizim üçün toy-bayramdır, bizə sevinc bəxş edir. Ulu öndərimiz Heydər Əliyev dörd dəfə burada olmuş, həmişə bizim rayonu diqqət mərkəzində saxlamışdır. Onun cavan, gümrah və prezidentlik dövrlərini görmüşəm. Mənim 72 yaşım var, ulu öndərin rayonumuza dörd səfərində onunla görüşmüşəm. Allah ona qəni-qəni rəhmət eləsin. O, bizə diqqət və qayğı göstərmiş, çox iş görmüşdür. Hamısını saymaqla qurtarmaz. Təkcə onu deyim ki, bu rayonda 14 iri emal zavodu tikdirib istifadəyə vermişdi. Siz də onun yolunu uğurla davam etdirirsiniz. Siz keçən il mayın 30-da Tovuza gəldiniz, Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etdiniz. İndi o kompleks tikilib qurtarmaq üzrədir, işlər çox yaxşı gedir. Bundan başqa, Siz tovuzlulara söz vermişdiniz ki, Müalicə-Diaqnostika Mərkəzi tikiləcəkdir. Bu gün onun inşası üçün xeyir-duanızı verəcəksiniz.

İLHAM ƏLİYEV: Bəli, gedəcəyəm.

NƏSİB NAĞIYEV: Siz Tovuzun abadlaşdırılması və quruculuq işlərinə başlanması barədə də tapşırıq vermişdiniz. Ötən səfərinizdən az vaxt keçməsinə baxmayaraq, Tovuz öz görkəmini dəyişmiş, yeniləşmişdir. Bütün yollar, küçələr, prospektlər yenidən quruldu, parklar salındı, fəvvarələr yaradıldı. Baxanda görürsən ki, Tovuz həmin Tovuz deyil, hər yan gül-çiçək içərisindədir. Biz bunların hamısına görə minnətdarıq. Bütün tovuzlular minnətdardır. Bu da hələ hamısı deyil. Tovuzda iş yerləri açılır və bu, davam edir.

Cənab Prezident, Tovuz camaatı çox yüksək əhval ruhiyyədədir. Daha əvvəlki kimi deyillər. Sözümü çox uzatmaq istəmirəm. Tovuz camaatı adından Sizə bir daha təşəkkürümü bildirirəm. Sizi özümüzə arxa bilirik. Sizə, ailənizə, övladlarınıza cansağlığı arzu edirəm. Qoy, canınız sağ olsun, möhkəm olsun və Heydər Əliyev siyasətini davam etdirin.

Sağ olun.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- Sağ olun. Mən hələ beş il bundan öncə demişdim ki, bütün sahələrdə Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Son beş il ərzində çalışmışam ki, Azərbaycanın hərtərəfli inkişafı üçün yüksək səviyyədə xidmət edim. Çox şadam ki, Azərbaycanın bütün bölgələrində böyük quruculuq işləri aparılmışdır. O cümlədən Tovuz rayonunda. Siz bunu daha yaxşı bilirsiniz, çünki burada yaşayırsınız, bu dəyişiklikləri görürsünüz. Rayon gözəlləşir, abadlaşır, yeni müəssisələr yaradılır, Olimpiya İdman Kompleksi tikilir, bu gün Müalicə-Diaqnostika Mərkəzinin təməlini qoyacağıq. İş yerləri açılır, abadlıq işləri görülür, yeni parklar salınır. Gözəl Heydər Əliyev muzeyi yaradılıb, məktəblər tikilir, yollar salınır. Yəni insanların rahatlığı və rayonun inkişafı üçün bütün tədbirlər görülür. Bütün bu tədbirlər kompleks şəkildə görülür: həm infrastruktur layihələri, həm biznesin, özəl sektorun inkişafı üçün lazım olan tədbirlər, kənd təsərrüfatının inkişafı üçün qəbul edilmiş qərarlar, güzəştli şərtlərlə kreditlərin verilməsi, yanacağın yarı qiymətə, gübrənin güzəştli şərtlərlə verilməsi. Yəni biz bu işləri görürük. Keçən ilin və bu ilin iqtisadi göstəricilərində görürük ki, bunun nə dərəcədə böyük təsiri olmuşdur.

Azərbaycanın iqtisadiyyatı belədir ki, kənd təsərrüfatı, istehsal, ərazi imkanlar baxımından çox böyük çəkiyə malik olmasa da, biz elə eləməliyik ki, qeyri-neft sektorunun inkişafı daha da sürətlə getsin. Xüsusilə bölgələrdə. Rayonlarda olan infrastruktur, şərait, xidmət, təhsil, səhiyyə ocaqlarının səviyyəsi ən yüksək dünya səviyyəsində olmalıdır. Bax, mənim istəyim də, tələbim də budur. Mən görəndə ki, işlər bu tələblərə uyğun şəkildə aparılır, çox sevinirəm. Çünki biz elə etməliyik ki, Azərbaycan vətəndaşları yaxşı şəraitdə yaşasınlar, yaxşı işlə təmin olunsunlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmət alsınlar. Bütün bunlar hər bir ölkənin inkişafı üçün vacib amillərdir.

Bildiyiniz kimi, Azərbaycanda çox güclü sosial siyasət aparılır. Biz Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etmişik. Bu gün iqtisadiyyatımızın 84 faizi özəl sektorun payına düşür. 17 il bundan əvvəl özəl sektor Azərbaycanda qeyri-qanuni vəziyyətdə fəaliyyət göstərirdi. Amma bu gün iqtisadiyyatımızın əsas hissəsi özəl sektorun hesabına formalaşıbdır. Bu da çox yüksək göstəricidir. Biz bütün iqtisadi islahatları cəsarətlə aparırıq. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanı bu il dünyanın birinci islahatçı ölkəsi kimi qəbul etdi və bunu bəyan etdi. Bütün bu işlər ümumi siyasət nəticəsində baş verir. Həm iqtisadi islahatlar, həm də siyasi islahatlar aparılır. Azərbaycanda açıq cəmiyyət formalaşıbdır. Demokratiyanın inkişafı çox sürətlə gedir. Bütün demokratik ölkələrə xas olan əlamətlər Azərbaycanda da mövcuddur. İnsanlar təhlükəsizlik, sabitlik şəraitində yaşayırlar və bu sabitlik olmasaydı, heç bir inkişafdan söhbət gedə bilməzdi. Çünki biz tarixi də bilirik, yaxın tarixi də yaxşı izləyirik və görürük ki, sabitlik pozulanda inkişaf dayanır. Nə yerli, nə də xarici sərmayələr qoyulur, daha çox ölkədən sərmayə çıxır və bunun nəticəsində iqtisadi problemlər yaranır.

Ona görə bir daha demək istəyirəm ki, biz bütün bu işləri düşünülmüş və mərkəzləşdirilmiş qaydada aparırıq - həm iqtisadi, siyasi, sosial məsələlərin həlli, regionların inkişafı, həm də regionlarda infrastrukturun yaranması. Yolların salınması, elektrik stansiyaları, ölkənin hərtərəfli inkişafı üçün lazım olan infrastruktur, əlbəttə ki, insanların rahatlığı lazım olan əsas amillərdir.

Mən demişəm, bir də demək istəyirəm ki, Azərbaycan vətəndaşları yaxşı yaşamalıdırlar, bu gün yaxşı yaşamalıdırlar. Siz də xatırlayırsınız ki, Əvvəllər, Sovet İttifaqı zamanında gələcək naminə işləyirdilər. Biz də gələcək naminə işləyirik və əvvəlki illərdə təməlini qoyduğumuz işlər Azərbaycanın gələcəyini təmin edəcəkdir. Ancaq gələcəklə bərabər, indi yaşayan insanlar - həm yaşlı nəsil, həm cavanlar, həm də uşaqlar, yeniyetmələr bu gün də bunun bəhrəsini görməlidirlər. Bunu etmək üçün çox güclü sosial siyasət və iqtisadi islahatlar aparılmalıdır.

Son beş ildə bizim dövlət büdcəmiz 10 dəfədən çox artıbdır. Heç bir başqa ölkədə belə artım sürəti yoxdur. Məlumatlar təqdim olunubdur, gələn ilin dövlət büdcəsi təxminən 14-15 milyard dollar səviyyəsində olacaqdır. 2003-cü ilin dövlət büdcəsi 1 milyard 200 milyon dollar idi. Bizim Neft Fondumuzda 10 milyard dollardan çox vəsait vardır. Ölkəmizin ümumi valyuta ehtiyatları 17 milyard dollardır. Bu, dünya miqyasında çox böyük bir göstəricidir. Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə edirik və bu vəsaitin istifadə olunmasında hər bir vətəndaş iştitak edir. Necə?! Çünki, bütün bu xərclər Milli Məclis tərəfindən təsdiq olunur. Hər bir vətəndaş Milli Məclisdəki nümayəndələrinin vasitəsi ilə bu işlərdə iştirak edir.

Neftdən gələn bütün gəlirlər şəffaf toplanılır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fonduna şəffaflığa görə mükafat təqdim edibdir. Bu, nə deməkdir?! Bu, bizim gördüyümüz işlərə verilən qiymətdir. Birləşmiş Millətlər Təşkilatı dünyanın bir nömrəli təşkilatıdır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu dünyanın bir nömrəli maliyyə qurumlarıdır. Onların Azərbaycana verdiyi qiymət önəm daşıyır.

O ki qaldı, bəzi süni şəkildə yaradılmış qeyri-hökumət təşkilatlarına, onlar vaxtaşırı bəzi reytinqləri dərc edirlər. Bu, ancaq siyasi konyunktura, siyasi sifarişlərdir. Azərbaycan indi bölgədə böyük mövqelərə malikdir. Bizim həm öz təbii resurslarımız var, həm də təbii resursların istənilən istiqamətə nəqli üçün əvəzolunmaz rolumuz vardır. Şübhə yox ki, bizim önəmimiz artdıqca, bizə olan diqqət də artır. Edilən təzyiqlərin sayı da arta bilərdi, amma artmadı. Çünki mənası yoxdur. Bəzi hallarda belə qeyri-cidd-cəhdlərin üzə çıxmasının təməlində məhz bu amillər dayanır ki, Azərbaycan hansı yolla inkişaf edəcək, Azərbaycanın gələcək istiqaməti hansı tərəfə olacaqdır. Amma, bizim üçün, Azərbaycan xalqı üçün, Azərbaycan iqtidarı üçün belə sual yoxdur.

Azərbaycanın inkişafı Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Bizim maraqlarımıza nə cavab verirsə, o da olacaqdır, nə də cavab vermirsə, o da olmayacaqdır. Biz bütün ölkələrlə, - həm qonşu ölkələrlə, həm də başqa, böyük ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlər qururuq. Qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq və qarşılıqlı maraqlar əsasında.

Biz dünya birliyinin layiqli üzvüyük və əlbəttə, istəyirik ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun. Amma bu münasibətlər bərabər əsaslarda qurulmalıdır. Biz artıq həm bölgə miqyasında, həm də Avropa qitəsində özümüzə layiq yerimizi tuta bilmişik. Biz özümüzə arxalanırıq, öz iqtisadi potensialımıza arxalanırıq. Heç bir başqa yerdən yardım gözləmirik, almamışıq da. Bizim ən ağır dövrümüzdə, torpaqlarımız işğal altına düşəndə, soydaşlarımız qaçqın, köçkün vəziyyətinə düşəndə biz heç yerdən heç bir yardım almamışıq. Baxmayaraq ki, çətin vəziyyət idi, yalnız öz gücümüzə arxalanaraq bu vəziyyətdən çıxdıq. 1990-cı illərin ortalarında bizim imkanlarımız çox məhdud idi. O vaxt ulu öndər tərəfindən hazırlanmış neft strategiyası yeni icra olunmağa başlamışdı. Nə kəmərlərimiz var idi, nə də hasilatımız var idi. Heç bir yerdən də kömək gəlmirdi. Ölkədə də vəziyyət o qədər sabit deyildi, iqtisadiyyat dağılmışdı, sənaye dayanmışdı. Belə ağır vəziyyətdə Heydər Əliyevin fəaliyyəti Azərbaycanı ağır vəziyyətdən çıxardı.

Bu gün isə bizim qarşımızada bütün yollar açıqdır. Bizim yolumuz dövlətçilik, müstəqillik, azərbaycançılıq yoludur, Azərbaycan xalqının yaxşı, təhlükəsizlik şəraitində yaşaması əsas məqsəddir. Bütün bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır. Necə ki, güclü Azərbaycan dövləti hər bir bölgə üçün vacib amildir, bölgələrin, xüsusilə paytaxtdan uzaqda yerləşən sərhəd bölgələrinin inkişafı da həm dövlətçiliyi möhkəmləndirir, həm də bizim potensialımızı göstərir.

Tovuz rayonunun Azərbaycanın inkişafında çox böyük rolu var, böyük potensialı və böyük çəkisi var. Mən çox sevinirəm ki, burada işlər sürətlə gedir, yaxşı gedir. Mən buraya keçən il gəlmişdim, ondan əvvəl də olmuşdum və bu dəyişiklikləri görürəm. Siz də görürsünüz, amma, siz burada yaşayırsınız və buna tez öyrəşirsiniz. Tovuz rayonuna bundan sonra da gələcəyəm, idman kompleksinin, xəstəxananın, başqa obyektlərin açılışları olacaqdır. Belə gözəl anları bərabər qeyd edəcəyik.

Sizə bir daha uğurlar, cansağlığı arzulayıram.

 

X X X

 

Sonda dövlətimizin başçısı Heydər Əliyev Muzeyinin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir