TOVUZDA CARİ İLDƏ 209 NƏFƏR İŞLƏ TƏMİN OLUNMUŞDUR
Tovuz Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin yanvar- iyun aylarında mərkəzə müraciət edən 466 nəfər işaxtarandan 185-i rayonun idarə, müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur.
Bundan başqa, 20 nəfər ictimai işə, 14 nəfər peşəyönümlü kursa cəlb olunmuş, 16 nəfərə isə müavinət ödənilmişdir.