Tovuzda COVID-19 əleyhinə üçüncü doza peyvənd olunanların sayı 11 min nəfəri ötüb
Tovuz, 16 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayonunda hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci və üçüncü doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək rayon üzrə ümumilikdə 171625 doza vaksin vurulub. Bunlardan 86863 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 11251 nəfər üçüncü doza peyvənd olunanlardır.
Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlət tərəfindən görülən işlər barədə ətraflı məlumat verilir.