Tovuzda hərbi-idman oyunları üzrə yarış keçirilib VİDEO
Tovuz, 29 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” devizi altında idman yarışı keçirilib. Tovuz şəhər Peşə Liseyinin idman meydançasında rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, şəhid adlarını daşıyan komandalar hərbi bilik və bacarıqlarını, həmçinin praktiki təcrübələrini nümayiş etdiriblər.
Yarışın sonunda qalib komandalar kubok və diplomlarla təltif olunublar.