TOVUZDA İDMAN KOMPLEKSİ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 24-də Tovuz şəhərində idman kompleksinin tikintisi ilə tanış olmuşdur.
5,5 hektar sahədə yerləşəcək kompleksdə böyük idman salonu, üzgüçülük hovuzu, futbol, voleybol, basketbol meydançaları, tennis kortu, məşq otaqları, kotteclər, mehmanxana tikiləcəkdir. Burada beynəlxalq yarışların keçirilməsi üçün də şərait yaradılacaqdır. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan bu idman qurğusunun sifarişçisi Gənclər və İdman Nazirliyidir.
Prezident İlham Əliyev kompleksin xarici görünüşünün də yüksək səviyyədə olması, tikinti işlərinin keyfiyyətlə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
######
