Tovuzlu kümçülərin hədəfi barama istehsalını 10 tona çatdırmaqdır
Tovuz, 17 may, Famil Quliyev, AZƏRTAC
Cari ildə tovuzlu kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 4 kiloqram 960 qram ipəkqurdu toxumu paylanılıb. Onların bəslənməsində artıq müsbət nəticələr əldə edilib, çünki prosesə təcrübəli kümçülər cəlb olunub.
Rayonun Dondar Quşçu kənd sakini, kümçü Validə Qasımova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Ötən il bir qutu ipəkqurdundan 50 kiloqram barama istehsal etdim. Yaxşı gəlirim oldu. Bu il isə iki qutu ipəkqurdu bəsləyirəm. 100 kiloqrama qədər barama təhvil verəcəyəm. Bu da ailə büdcəmizə xeyli gəlir gətirəcək”.
Qeyd edək ki, ötən il tovuzlu kümçülər 8 tona yaxın barama istehsal ediblər. Cari ildə isə 260 qutu ipəkqurduna 83 kümçü tərəfindən qulluq olunur. Rayonda 10 tona yaxın barama istehsalı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]