Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Nazirlər Kabinetinin 2007-ci il tarixli 25 iyun 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ekspert Şurasının qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik təsərrüfatlarına 5 milyon 409 min 386 manat vəsait ödənilib.
Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə də baxılır və yaxın günlərdə toxum və ting istehsalçılarına subsidiya ödəniləcək.
Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]