Tramp: Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər vəsait ayırmalıdır
Bakı, 14 mart, AZƏRTAC
Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər vəsait ayırmalıdır, əks halda bu, amerikalı vergiödəyicilərinə qarşı ədalətsizlikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Bildirib ki, Avropa Kiyevə dəstək üçün Vaşinqtondan 100 milyard dollar az xərcləyir.
O, jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə, Kiyevə ayrılan vəsaiti azaldıb-azaltmayacağı ilə bağlı sualını da cavablandırıb. “Avropa ölkələri birləşərək eyni məbləği ödəməlidir”, - deyə Tramp Ukraynadakı vəziyyətin onların təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Bundan əvvəl Floridadakı malikanəsində Trampla görüşən Macarıstanın Baş naziri Viktor Orban bildirmişdi ki, ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]