Tümen Neft-Qaz Forumu keçiriləcək
Moskva, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 19-20-də Rusiyanın Tümen şəhərində IX Neft-Qaz Forumu keçiriləcək. Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyinin dəstəyi ilə keçirilən forumda 2000-dən çox mütəxəssis və ekspertin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, forumun işinin əsas mövzusu istehsalın rəqəmsallaşdırılması şəraitində yanacaq-energetika sahəsində kadr siyasətinin perspektivləri, rəqəmsal iqtisadiyyat və “ağıllı texnologiya”lardır. Təşkilatçıların fikrincə, yaxın gələcəkdə bu sahədə yeni peşə sahiblərinə, məsələn, pilotsuz aparatlar operatoru, ekoanalitik və s. ehtiyac olacaq.
Xatırladaq ki, hər il keçirilən Tümen Neft-Qaz Forumu bu sahənin mütəxəssisləri üçün mühüm hadisədir. Rusiya və dünyanın onlarca ölkəsindən Tümenə toplaşan mütəxəssislər yanacaq-energetika sahəsinin nailiyyətlərini və perspektivlərini müzakirə edirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]