Tural Gəncəliyev Avropa Parlamentinin rəsmiləri ilə görüşəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev Fransanın Strasburq şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Tural Gəncəliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin (AP) Azərbaycanın dostları qrupunun üzvləri və parlamentin digər rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 15-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]