ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində ustad dərsi: İnkişaf etməkdə olan bazarlarda iş etikası
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Özbəkistan Dövlət İqtisad Universiteti arasında onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Özbəkistan Dövlət İqtisad Universitetinin əməkdaşları Otabek Kasimov və Ahmed Aziz tərəfindən Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil alan tələbələr üçün “İnkişaf etməkdə olan bazarlarda iş etikası” mövzusunda keçirilən ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Onlayn tədbir ATMU, Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti və Özbəkistan Respublikasının Dövlət İqtisad Universiteti arasındakı yeni əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilib.
Tədbirdə mütəxəssislər tələbələrin suallarını cavablandırıblar.