Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Akademiyası ümumi türk əlifbasında kitabların nəşrinə başlayır

Türk Akademiyası ümumi türk əlifbasında kitabların nəşrinə başlayır

Astana, 10 oktyabr, AZƏRTAC

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə əməkdaşlığın əsas istiqamətləri olan nəqliyyat və enerji inteqrasiyası, rəqəmsallaşma, sülh və təhlükəsizlik məsələləri, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində Sammitin əsas nəticələri, Akademiyanın fəaliyyəti ilə qarşılıqlı əlaqəsi, eləcə də elm, innovasiya və ümumi türk əlifbası sahəsində həyata keçirilən layihələr barədə danışıb.

– Qəbələ Sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev türk ölkələri üçün nəqliyyat və kommunikasiya əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Siz Türk dünyasının iqtisadi inteqrasiyasının möhkəmlənməsində nəqliyyat-logistika əməkdaşlığının rolunu necə qiymətləndirirsiniz və Türk Akademiyası bu istiqamətdə hansı elmi təşəbbüsləri həyata keçirir?

– Nəqliyyat, enerji və kommunikasiya əlaqəliliyi məsələləri türk dövlətlərinin dayanıqlı inkişaf strategiyasında xüsusi yer tutur. Orta Dəhliz artıq Avrasiya ticarətinin əsas həlqəsinə çevrilməkdədir və onun səmərəliliyinin gələcəkdə də artırılması bütün türk inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır.

Bu kontekstdə Türk Akademiyası fəaliyyət dairəsini genişləndirərək humanitar sahələrlə yanaşı, iqtisadi, infrastruktur və ekoloji əməkdaşlıq aspektlərinə də diqqət yönəldib. Xüsusilə “Turkic Economies 2024: Strengthening Transport and Energy Connectivity among Turkic States” adlı illik analitik hesabatda nəqliyyat-logistika və enerji dəhlizlərinin inkişafı, enerji balansının şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinə keçid məsələləri ön plana çəkilib. Bu amillər regionun rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.

Bununla yanaşı, Akademiya təbii ehtiyatların dayanıqlı idarə olunmasını və ərzaq təhlükəsizliyini uzunmüddətli sabitliyin vacib komponentləri kimi nəzərdən keçirir. “Food Security and Sustainable Development in the Turkic States” və “Regional Review: Water Future Vision and Cooperation for Sustainability in the Turkic States” hesabatlarında kənd təsərrüfatının rəqəmsallaşdırılması, yaşıl texnologiyaların tətbiqi, suyun rasional istifadəsi, o cümlədən transsərhəd əməkdaşlıq və Xəzər dənizi ekosistemlərinin qorunması məsələləri təhlil olunur.

Bütün bu tədqiqatlar elmi əsaslara və strateji baxışa söykənən koordinasiya edilmiş siyasətin formalaşdırılmasına dəstək məqsədi daşıyır. Türk Akademiyası bundan sonra da intellektual inteqrasiya bazasının möhkəmlənməsinə, dayanıqlı inkişaf və ölkələrimiz arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə töhfə verməkdə davam edəcək.

– Ümumi türk əlifbası mövzusu Sammitdə yenidən gündəmə gətirildi. Bu barədə nə deyə bilərsiniz?

– Ümumi türk əlifbası məsələsi yalnız dilçilik deyil, həm də dərin mədəni-sivilizasiya əhəmiyyəti daşıyır. Vahid yazı sistemi xalqlarımızın ortaq tarixi və mədəni irsinə əsaslanan mənəvi birliyinin və qarşılıqlı bağlılığının rəmzidir.Ümumi türk əlifbası üzərində iş Türk Dövlətləri Təşkilatının tapşırığı ilə Türk Akademiyasının koordinasiyası altında həyata keçirilir.

Ötən ilin sentyabrında Bakıda Türk Dünyasının Ümumi Əlifba Komissiyasının üçüncü iclası keçirildi və orada Ümumi Türk Əlifbası haqqında Bəyannamə qəbul edildi. Tədbir Atatürk adına Yüksək Mədəniyyət, Dil və Tarix Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə baş tutdu. Akademiya tərəfindən dərc olunan bu sənəd vahid əlifba ideyasının təşviqi və onun praktiki tətbiqi üçün mühüm addım oldu.

Yeni əlifbanın imkanlarını nümayiş etdirmək məqsədilə Akademiya türk ədəbiyyatının görkəmli nümayəndələri olan Abayın “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərlərini ümumi türk əlifbasında sınaq nəşrlər şəklində çap edib. Bu nəşrlər Türk dünyasının mədəni birliyinin canlı təcəssümüdür.

Biz əminik ki, vahid əlifba dil və mənəvi qohumluğumuzu daha da möhkəmləndirəcək, elmi və təhsil müəssisələri arasında qarşılıqlı əlaqəni asanlaşdıracaq və ortaq mədəni inkişaf üçün yeni əsas yaradacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “ümumi əlifba bizim vəhdətimizin möhkəmlənməsinə doğru gedən yoldur”. Türk Akademiyası bu tarixi prosesə bundan sonra da öz töhfəsini vermək niyyətindədir.

Ümumi əlifba ilə yanaşı, Türk Akademiyası digər bir sıra mühüm təşəbbüsləri də həyata keçirir. Hazırda 40 elmi layihə icra olunur, bu layihələr türk xalqlarının tarixi, dili və mədəniyyətinin dərinləşdirilmiş tədqiqinə yönəlib. Təkcə bu il Akademiya 50 kitab – monoqrafiya, lüğət, ensiklopediya və dərs vəsaitini nəşr edib ki, bu da Türk dünyasının ümumi elmi və mədəni bazasını əhəmiyyətli dərəcədə zənginləşdirib.

Dövlət başçılarının əvvəlki Sammitdə verdiyi tapşırığa əsasən, hazırda “Türk dövlətlərinin tarixi” adlı akademik nəşr üzərində iş aparılır.

– Gələn il Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd ediləcək. Bu mövzu Sammitdə də diqqət mərkəzində idi. Sizcə, Türk Akademiyası bu yubileyə hazırlıqda və Bakı Qurultayının irsinin müasir Türk dünyası üçün dəyərləndirilməsində hansı rolu oynaya bilər?

– Şübhəsiz, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay təkcə Türk dünyası üçün deyil, həm də dünya miqyasında türkoloji elmin inkişafında əlamətdar hadisə idi.

Tarixdə ilk dəfə olaraq Türk dünyasının müxtəlif bölgələrindən görkəmli ziyalılar, dilçilər, etnoqraflar, tarixçilər və mədəniyyət xadimləri bir elmi platformada bir araya gəldilər. Qurultayın iştirakçıları arasında Alaş-Orda və Cədidçilik hərəkatı nümayəndələri, Türkiyədən tanınmış türkoloqlar, həmçinin Vasili Bartold, Aleksandr Samoyloviç, Nikolay Aşmarin kimi böyük sovet alimləri və digər ölkələrdən tədqiqatçılar yer alırdı.

Bu görüş türk xalqlarının keçmişini dərk etmək və gələcəyini müəyyənləşdirmək ideyası ilə birləşmiş ən parlaq zəkaları bir araya gətirdi. 1926-cı il Qurultayı türk xalqlarının elmi və mədəni özünüdərkinin oyanış rəmzinə çevrildi.Burada ilk dəfə ümumi türk əlifbası, terminologiya, ana dilinin və təhsilin inkişafı, dərsliklərin ana dillərinə tərcüməsi, savadsızlığın aradan qaldırılması və mədəni əsasların möhkəmləndirilməsi kimi məsələlər yüksək səviyyədə müzakirə olunmuşdu.Bu mövzular bu gün də son dərəcə aktualdır və məhz bu istiqamətlərdə Türk Akademiyası fəaliyyətini davam etdirir.

Türk Akademiyası artıq bütün Türk Əməkdaşlıq Təşkilatlarına 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illik yubileyinin birgə və təntənəli şəkildə qeyd edilməsi barədə müraciət edib. Bu hadisənin Türk dünyası üçün tarixi və simvolik əhəmiyyətinin vurğulanması əsas məqsədlərdəndir.

Biz qarşıdakı yubileyi yalnız müasir türkoloji elmin banilərini yad etmək imkanı kimi deyil, həm də Türk dünyasının elmi birliyinə yeni nəfəs gətirmək fürsəti kimi görürük.

Akademiya yubiley tədbirlərinin təşkilinə, arxiv materiallarının nəşrinə, elmi tədqiqatların və yeni təşəbbüslərin təqdimatına hazırdır. Bunlara Türk dillərinin terminoloji lüğətləri layihəsi və ümumi əlifba istiqamətində görülmüş işlər də daxildir.

Əslində, biz bu gün nəhənglərin çiyinləri üzərində dayanırıq. Onların türk dünyasının ortaq elmi, mədəni və dil məkanına doğru səyləri bizi bu gün də ruhlandırır. Türk Akademiyası bu ideyanı yaşadaraq bütün türk ölkələrindən tədqiqatçıları ortaq gələcək naminə birləşdirir və koordinasiya edir.

– Ümumilikdə, Türk Dövlətləri Təşkilatının son Sammitinin nəticələrini və onun Türk Akademiyasının fəaliyyəti üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Zirvənin əsas nəticələri qəbul edilmiş Qəbələ Bəyannaməsində əksini tapıb. Ümumilikdə dövlət başçılarının görüşü səmərəli və məhsuldar keçib, türk ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş geniş məsələlər müzakirə olunub.

Bəyannamədə Türk Akademiyasının fəaliyyəti, o cümlədən “Türk ölkələrinin tarixi” layihəsinin icrası xüsusi qeyd edilib.

Bundan başqa, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Akademiyasının bazasında Türk tədqiqatçıları klubunun yaradılmasını təklif edib. Biz bu təşəbbüsü aparıcı alim və tədqiqatçıların təcrübə mübadiləsi və birgə elmi layihələr üzərində əməkdaşlığı üçün mühüm platforma kimi dəyərləndiririk.

Akademiyanın artıq bu istiqamətdə geniş təcrübəsi var, belə ki, Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqı (TÜBA-TM), Türk Dünyası Arxeologiya Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyası (ARICA), eləcə də Türk Dünyası İqtisadi Siyasət Tədqiqat Mərkəzləri Şəbəkəsi (ERCNET) kimi beynəlxalq elmi platformalar fəaliyyət göstərir. Biz bu yeni təşəbbüsün reallaşdırılmasına dərhal başlamağa hazırıq.

Sammitdə qeyd olunan mühüm məqamlardan biri də Türkmənistanın Türk Akademiyasına müşahidəçi ölkə qismində qoşulması oldu. Bu addım Türk dünyasında elmi əməkdaşlığın coğrafiyasını daha da genişləndirəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb