Türk Dövlətləri Təşkilatı Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı bəyanat yayıb
İstanbul, 13 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, TDT-nin Baş katibi Bağdad Amreyevin imzası ilə yayımlanan bəyanatda deyilir: “TDT Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribat törətməsindən ciddi narahatlığını ifadə edərək, bu vəziyyəti qınayır. Təşkilat beynəlxalq hüquq prinsipi və normalarına sadiqliyini bir daha bildirərək Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır. TDT üzv dövləti olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir. Ermənistanı iki qonşu ölkə arasında əldə edilmiş mövcud razılaşmalara əməl etməyə çağırır. Baş katiblik bu qarşıdurma nəticəsində şəhid olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyir”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]