Türkiyə Adularya elektrik stansiyasının aktivlərini qəbul etməyə hazırdır
Praqa, 5 sentyabr, AZƏRTAC
Türkiyə kömürlə işləyən Adularya elektrik stansiyasının aktivlərini qəbul etməyə hazırdır. Stansiyanın inşasında iştirak edən Çexiya firmaları bu işi yarımçıq qoyublar.
AZƏRTAC xəbər verir ki, bunu Çexiya hökumətinin başçısı Andrey Babiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bəyan edib. Bildirilir ki, Çexiya İxrac Bankı yerli firmalara 461,5 milyon avro məbləğində kredit ayırıb, lakin onlar nəinki tikintinin öhdəsindən gəlməyiblər, üstəlik əvvəlki kimi bu banka 450 milyon avro borcludurlar.
Çexiyanın Sənaye naziri Karel Qavliçek bildirib ki, Ankara tikintisi yarımçıq qalmış stansiyanın aktivlərini hətta alsa belə, Çexiya şirkətləri böyük ziyana düşəcəklər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]