Türkiyə KİV-ləri Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilmiş üçtərəfli Sammitindən yazır
İstanbul, 6 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir.
Türkiyə kütləvi informasiya vasitələri Sammiti geniş şərh etməkdədir.
Sammitin tarixi mahiyyət daşıdığı diqqətə çatdırılan materiallarda Prezident İlham Əliyevin tədbirin regional, beynəlxalq enerji təhlükəsizliyinin təmini, humanitar əməkdaşlıq və s. məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi ilə bağlı fikirlərinə yer verilmişdir.
Türkiyə KİV-ləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin, o cümlədən artıq reallaşmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən də bəhs edir. Bu layihələrin təkcə region deyil, dünya iqtisadiyyatı üçün önəmi qeyd edilir.
Materiallarda Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlərin dinamikası sülh və tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluq, sabitlik və inkişaf üçün bütün qonşu dövlətlərə nümunə kimi göstərilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]