Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN NİTQİ

- Hörmətli prezidentlər,

Hörmətli Baş nazir və nazirlər,

Dəyərli qonaqlar!

Şərq və Qərb svilizasiyalarının kəsişdiyi ölkəmizə və Aralıq dənizinin parlayan ulduzu Ceyhan terminalına xoş gəlmisiniz. Bu gün burada əsrin layihəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı münasibətilə bir araya gəlmişik. Bu neft kəmərinin istifadəyə verilməsi ilə ölkəmizin Avropa, Asiya və Afrikanın kəsişdiyi bölgədə əsrlər boyu oynadığı mühüm rol bu gün daha parlaq şəkildə tarix səhnəsinə çıxmaqdadır. Enerji bütün sivilizasiya tarixi boyu insan oğlunun əsas ehtiyacları sırasında olmuş, fərdlərin enerjiyə olan bağlılığı enerjini qlobal səviyyəyə çıxarmışdır. Texnoloji inkişaf və qloballaşmanın sürətlənməsi enerji məsələsini yaşadığımız XXI əsrdə daha mühüm yerə gətirmiş, enerji ilə əlaqədar problemlərin beynəlxalq məsələlər arasında ön plana çıxması ilə nəticələnmişdir. Bu gedişat hər bir ölkənin enerjiyə daha böyük əhəmiyyət verməsinə, enerjinin milli müstəqillik və təhlükəsizliyin əsas amillərindən biri olaraq qəbul edilməsinə şərait yaratmışdır.

Dəyərli qonaqlar, ölkəmiz neft və qaz ehtiyatlarına görə dünyanın yeni strateji bölgələrindən biri olan Avrasiyanın ortasında, enerji nəqli yollarının kəsişdiyi nöqtədədir. Bu səbəbdən yaranmaqda olan yeni qlobal enerji xəritəsinin mərkəzindədir. Türkiyə coğrafi mövqeyinin verdiyi bu məsuliyyəti dərk edərək, qonşuları və ortaqları ilə zəruri enerji və nəqliyyat dəhlizlərini yaratmaqla Avropa və Asiyanın bütünləşməsi, regional sabitlik və tərəqqi üçün yeni şərtlərin yaradılması məqsədini güdür. Türkiyənin enerji strategiyası öz milli planlaşdırması, qlobal hadisələrin istiqamət verdiyi dünya enerji ehtiyacları əsas götürülərək yaradılır. Bu çərçivədə Türkiyənin Şərq-Qərb və Şimal-Cənub xətlərində keçid nöqtəsi olması, Ceyhan terminalının enerjidaşıyıcıları ticarəti mərkəzinə çevrilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardınca Samsun-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Türkiyə bu nöqtədən hərəkət edərək, Şərq-Qərb enerji dəhlizinin gerçəkləşdirilməsinə təşəbbüs göstərərkən, eyni zamanda, Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropaya daşıyacaq layihələrin həyata keçirilməsində ön sıralardadır.

Beləliklə də yaxın müttəfiqimiz olan Avropa Birliyinin təbii qazla təmin edilməsinə töhfə verməkdədir.

Şərq-Qərb enerji dəhlizini təşkil edən layihələr bölgədə təhlükəsizlik və sülhün, iqtisadi inkişafın təmin edilməsi yolunda strateji addımlardır. Bu layihələr bölgə ölkələrinin biri-birləri ilə olan əlaqələri ilə yanaşı, Qərb dünyası ilə əlaqələrini də gücləndirir. Bu cəhət iqtisadi fayda ilə yanaşı, layihələrin daha böyük əhəmiyyətə malik olduğunu göstərir. Bu yanaşma çərçivəsində xüsusi yeri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsinə iştirakçı ölkələr və xətti işlədəcək şirkətlərlə birlikdə ortaq və sağlam bir istək, inanc və qətiyyətlə göstərilən səylər nəticəsində nail olmuşuq. Bu layihənin həyata keçirilməsində nümayiş etdirilən əməkdaşlıq mədəniyyətinin yeni layihələrə təminat yaratdığını qürurla qeyd etmək istərdim. Bu gün dünya neft bazarları baxımından əvəzsiz bir dəyərə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı münasibətilə yığışdığımız Ceyhan terminalının gələcək illərdə daha mühüm rol oynayacağına inanırıq. 28 ildir ki, İraq neftini dünya bazarlarına çıxaran bu terminal Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ilə artıq Xəzər neftinə də dünya bazarlarını açan qapı vəzifəsini yerinə yetirəcəkdir. Ceyhan terminalı Samsun-Ceyhan neft kəmərinin çəkilməsi ilə böyük bir enerji və ticarət mərkəzinə çevriləcəkdir.

Hörmətli prezidentlər, dəyərli iştirakçılar. Enerji məsələsinin beynəlxalq siyasətlə sıx bağlılığı qarşıdakı dövrdə getdikcə artacaqdır. Bu səbəbdən hasilatçı, tranzit və istehlakçı ölkələr arasında daimi dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artmışdır. Dünyada enerji təhlükəsizliyinə töhfə verən bu neft kəmərinin açılışında ən mühüm hasilatçı və istehlakçı ölkə nümayəndələrinin bu gün burada bir arada olması sevindiricidir. Bu sayılıb-seçilmiş nümayəndələrin iştirakı enerji sahəsində ortaq problemlərin həlli yolunda əməkdaşlıq və dialoqa verilən əhəmiyyətin təzahürüdür. Bu cəhəti ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri bölgə ölkələri arasında əməkdaşlıq potensialını və regional əməkdaşlıq imkanlarından istifadə üçün göstərilən səylərin konkret nəticələrini göstərir. Tarixdən gələn köklü dərin əlaqələrimizin olduğu Qafqazın da sülh, sabitlik və rifah dolu günlərə qovuşması ən böyük arzumuzdur. Türkiyə, Azərbaycan və Gürcüstan arasında nümunəvi bir əməkdaşlıq modeli olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı ilə Cənubi Qafqaz bölgəsində iqtisadi və sosial inkişafın sürətlənməsini gözləyirik. Bir müddət əvvəl Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmasına dair sazişin Prezident hörmətli İlham Əliyev və Prezident hörmətli Nursultan Nazarbayev tərəfindən imzalanmasından da xoşbəxtlik hissi keçirdik.

Qazaxıstan neftinin Azərbaycan nefti ilə birlikdə Bakı-Tbilisi-Ceyhan vasitəsilə Aralıq dənizinə və dünya bazarlarına təhlükəsiz və əlverişli şəkildə çatdırılması Şərq-Qərb enerji dəhlizinin güclənməsinə, bölgədə əməkdaşlıq və qarşılıqlı etimadın daha da genişlənməsinə əlavə töhfə verəcəkdir. Türkiyə Qara dənizdən Qafqaza və Yaxın Şərqə qədər uzanan bölgədə müsbət istiqamətdəki dəyişiklikləri stimullaşdırmaqla, gərginlik və qarşıdurmanın əvəzində, əməkdaşlığa şərait yaradan bir ab-havanın yaranmasını istəyir. Bu çərçivədə regional əməkdaşlığı etimad artıran bir tədbir kimi görür və onun qarşılıqlı anlaşmanın möhkəmlənməsinə müsbət təsir göstərdiyinə inanır. Qlobal səviyyədə sülh, sabitlik və təhlükəsizliyə töhfə verən, eyni zamanda, bölgəsində müsbət dəyişiklikləri təşviq edən və əməkdaşlıq üçün etibarlı bir tərəfdaş olan ölkəmiz böyük öndər Mustafa Kamal Atatürkün müəyyən etdiyi prinsiplər çərçivəsində ikitərəfli və regional əlaqələrdə bəşəri dəyərlər əsasında siyasi, iqtisadi və sosial inkişaf istiqamətində səylərini davam etdirir. Bu səylər Şərq-Qərb və Şimal-Cənub müstəvilərində mühüm rol oynayan ölkəmiz üçün prioritet vəzifədir.

Dəyərli qonaqlar, bildiyiniz kimi, son günlərdə Ceyhana heç də uzaq olmayan bir bölgədə, Yaxın Şərqdə bütün dünyanı narahat edən mənfi hadisələr cərəyan etməkdədir. Mən bu gün bütün əlaqədar tərəfləri içində olduqları müharibə vəziyyətini unudaraq, diqqətlərini, heç olmasa, bir neçə dəqiqəlik buraya bizləri bir araya gətirən bu böyük əməkdaşlığa çevirməyə və bununla da regional sülh və sabitliyin nələrə qadir olduğunu qiymətləndirməyə dəvət edirəm. Bu fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyətin çağırışlarına ürəkdən qoşulduğumu vurğulamaq istərdim.

Hörmətli Prezidentlər, hörmətli Baş nazir, nazirlər və dəyərli qonaqlar! Uzaqgörən insanların böyük zəhmət və səylərinin məhsulu olan beynəlxalq əməkdaşlığın, inam və qətiyyətin ən uğurlu nümunələrindən birini təşkil edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı münasibətilə sizləri ölkəmizdə qəbul etməkdən xoşbəxtlik hissi keçiririk. Bu layihənin həyata keçirilməsinə rəhbərlik edən liderlərdən artıq aramızda olmayan Azərbaycan Prezidenti Heydər Əliyevi rəhmətlə yad edirəm. Bu şərəfli işdə əməyi olan bütün səlahiyyətli şəxslərə, bilik, təcrübə və bacarıqları ilə layihə və tikinti işlərində iştirak edən şirkətlərə, istedad və alın tərlərini əsirgəməyən mühəndis və fəhlələrə, kəmərin təhlükəsizliyini təmin edən əməkdaşlara türk milləti adından təşəkkür edirəm. Hamınıza əmin-amanlıq arzulayıram.

X X X

Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində iştirak edən şirkətlərin təmsilçiləri kəmərin rəmzi maketinin yanına dəvət olundular. Onlar rəmzi borularla kəmərin iki qolunu birləşdirdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan və bp şirkətinin prezidenti lord Con Braun dəvət olunaraq, rəmzi borularla kəməri tam birləşdirdilər.

Açılış mərasimindən sonra konsert oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO