Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Baş nazir,
Əziz qardaşım.
Ölkənizin cənub-şərqində törədilmiş amansız terror aktları nəticəsində insanların həlak olması və yaralanması xəbərindən son dərəcə sarsıldıq.
Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 may 2013-cü il.