Türkiyə S-400 zenit-raket komplekslərini üçüncü ölkələrə satmayacaq
Bakı, 29 mart, AZƏRTAC
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkələrə satmayacaq. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra verib.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, bu zenit-raket kompleksləri yalnız onun ölkəsinin ehtiyacları üçün alınıb. Onun sözlərinə görə, Rusiya ilə danışıqlardan əvvəl Ankara bu cür silahların alınması üçün bir çox ölkələrlə, o cümlədən ABŞ ilə danışıqlar aparsa da, onlardan müsbət cavab ala bilməyib. “Biz Rusiya ilə razılaşdıq və müqavilə imzaladıq. Artıq bu müqavilə qüvvədədir və hazırda biz zenit-raket komplekslərinin tədarükü haqqında danışırıq”, -deyə Çavuşoğlu vurğulayıb.
Türkiyəli nazir onu da qeyd edib ki, üçüncü ölkələrin iki dövlət arasında qəbul olunmuş qərara etiraz etməsi beynəlxalq siyasətə ziddir. O, həmçinin bildirib ki, S-400 zenit-raket komplekslərinin bəzi detalları Türkiyədə yığılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]