TÜRKİYƏ SƏFİRİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Dekabrın 6-da Türkiyənin respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz Ağcabədi və Bərdə rayonlarındakı “Qızıl ay” çadır şəhərciklərində olmuş, məcburi köçkünlərlə görüşmüşdür. Qonağa bu şəhərciklərdə müvəqqəti məskunlaşmış soydaşlarımızın ağır həyat şəraiti barədə ətraflı məlumat verilmişdir.
Səfir bildirmişdir ki, Türkiyə hökuməti qardaş Azərbaycanın haqq işini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır. O, Azərbaycan Prezidenti Heydər Əliyevin bu istiqamətdə səmərəli fəaliyyətinin qardaş Türkiyədə yüksək qiymətləndirildiyini bildirmiş, münaqişənin tezliklə həll olunacağına, məcburi köçkünlərin doğma yurdlarına dönəcəklərinə ümidvar olduğunu söyləmişdir.
Məcburi köçkünlər onlarla görüşə gəldiklərinə görə Əhməd Ünal Çeviközə və səfirliyin əməkdaşlarına minnətdarlıqlarını bildirmişlər. Türkiyəli qonaqlar Ramazan bayramı münasibətilə gətirdikləri sovqat bağlamalarını məcburi köçkün ailələrinə paylamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]