Türkiyə şirkəti hərəkətdə olan tank üzərindən atəş sistemini sınaqdan çıxarıb
Ankara, 4 may, AZƏRTAC
Türkiyənin ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) “VOLKAN-M” atəş nəzarət sistemi “M60TM” tankında uğurla test edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir “Twitter” sosial şəbəkə səhifəsində paylaşım edib. Bildirilir ki, yeni atəş sistemi hərəkətdə olan tankdan hədəfləri dəqiq vurub. Məlumatda bildirilir ki, carı ilin sonunadək yeni tank atəş sisteminin yaradılması hədəflənir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]