Türkiyə və Fransa prezidentləri Suriyada keçirilən əməliyyatı müzakirə ediblər
Bakı, 14 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ, Böyük Britaniya və Fransa tərəfindən həyata keçirilən əməliyyatı müzakirə ediblər. Fransa Prezidenti Emmanuel Makron əməliyyatla bağlı Ərdoğana məlumat verib. Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Türkiyənin kimyəvi silah işlədilməsini sərt şəkildə qınadığını vurğulayıb, kimyəvi hücumların cavabsız qalmamasının önəmini qeyd edib.
Türkiyə Prezidentinin bu gün Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə də eyni mövzuda telefon söhbəti olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]