Türkiyə və Səudiyyə Ərəbistanı liderləri telefonda Fələstin hadisələrini müzakirə edib
Bakı, 16 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb.
AZƏRTAC star.com.tr saytına istinadla xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Kralla apardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.
Qeyd olunub ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]