TÜRKİYƏDƏ 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ İLƏ ƏLAQƏDAR AKSİYA KEÇİRİLƏCƏK
İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar yürüş-mitinq keçiriləcəkdir.
Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Türkiyədəki Azərbaycan diasporu artıq bu məqsədlə İstanbul valisinə müraciət etmişdir. Müraciətdə yürüş-mitinqin keçirilməsinə və şəhərin mərkəzi Taksim meydanında çadır qurulmasına icazə istənilmişdir. Yürüş-mitinq başa çatdıqdan sonra Taksim meydanında quraşdırılacaq çadırda erməni vəhşiliklərini əks etdirən kino, foto, yazı nümunələri və digər materiallar nümayiş olunacaqdır. Sonda 31 martın azərbaycanlıların soyqırımı günü kimi tanınması üçün imza toplanacaqdır. Həmin imzalar əsasında beynəlxalq təşkilatlara müraciət qəbul olunacaqdır.
Xatırladaq ki, Türkiyədə 3 milyona yaxın azərbaycanlı yaşayır və ən güclü diasporumuz məhz bu ölkədə formalaşmışdır.
Artıq vali aksiyanın keçirilməsinə ilkin razılığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]