TÜRKİYƏDƏ BTC BORU KƏMƏRİNİN KEÇDİYİ 10 VİLAYƏTDƏ KREDİT DƏSTƏYİ LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Gümüşhanə şəhərində Bakı-Tbilisi-Ceyhan (BTC) boru xəttinin Tükiyə hissəsinin operatoru olan BİL şirkəti, Qaranti Kredit Fondunun və Ziraat Bankının ölkənin 10 vilayətində kiçik və orta sahibkarlara kredit dəstəyi layihəsinin təqdimatı olmuşdur.
Mərasimdə çıxış edən Gümüşhanə valisi Ənvər Salihoğlu, BTC boru kəmərinin operatoru olan BİL şirkətinin nümayəndələri Şükran Çağlayan və Əli Kapucu Bakı-Tbilisi-Ceyhan boru xəttinin Türkiyə ərazisindən keçən hissəsinin ətrafında yerləşən vilayətlərin iqtisadi və sosial inkşafından bəhs etmişlər. Yeni kredit layihəsi bu ərazilərdəki kiçik və orta sahibkarların boru kəmərinin xidmət personalının ehtiyaclarını təmin edəcək məmulatların istehsalına yönəlmişdir. Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Gümüşhanə, Sivas, Kayseri, Kahramanmaraş, Osmaniyə və Adana vilayətlərindən olan sahibkarlara aşağı faizlə 25 milyon dollar kredit ayrılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]