TÜRKİYƏDƏ BTC BORU KƏMƏRİNİN KEÇDİYİ 10 VİLAYƏTDƏ KREDİT DƏSTƏYİ LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Gümüşhanə şəhərində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə hissəsinin operatoru olan BİL şirkəti, Qaranti Kredit Fondunun və Ziraat Bankının ölkənin 10 vilayətində kiçik və orta sahibkarlara kredit dəstəyi layihəsinin təqdimatı olmuşdur.
Mərasimdə çıxış edən Gümüşhanə valisi Ənvər Salihoğlu, BİL şirkətinin nümayəndələri Şükran Çağlayan və Əli Kapucu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin ətrafında yerləşən vilayətlərin iqtisadi və sosial inkşafından bəhs etmişlər. Bildirilmişdir ki, Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Gümüşhanə, Sivas, Kayseri, Kahramanmaraş, Osmaniyə və Adana vilayətlərindən olan sahibkarlara aşağı faizlə 25 milyon dollar kredit ayrılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]