Türkiyədə COVID-19-a qarşı anticisimlə ilk körpə dünyaya gəlib
İstanbul, 6 aprel, AZƏRTAC
Hamiləliyinin 29 və 33-cü həftələrinə COVID-19-a qarşı peyvənd olan türkiyəli Zeynep Aslı Kaplanın övladı insan bədəninin virusla mübarizə üçün istehsal etdiyi xüsusi zülal - anticisimlə doğulub.
AZƏRTAC xəbər verir ki, bununla da hazırda 20 günlük olan Aras Türkiyədə anticisimlə doğulan ilk körpə olub.
Nə hamiləlik dövründə nə də uşaq doğulduqdan sonra heç bir problemlə üzləşmədiklərini bildirən ana övladının qan təhlillərində anticisimlərin müəyyən olunduğunu bildirib.
Qeyd edək ki, mütəxəssislər ana südü ilə bəslənən yeni doğulanlarda ilk altı ay ərzində xəstəliyə qarşı qoruma təbəqəsinin yarandığını bildirirlər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]