Türkiyədə mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
İstanbul, 4 may, AZƏRTAC
Türkiyənin Bursa vilayətində işçiləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Gemlik rayonunda bölgəyə yağan güclü yağış nəticəsində yolun sürüşkən olması səbəbindən baş verib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]