Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə seçki: vaxt dəyişikliyinin səbəbləri

Türkiyədə seçki: vaxt dəyişikliyinin səbəbləri

Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi olaraq prezident və parlament seçkilərinin vaxtının irəli çəkilməsi haqqında məlumat verməsindən sonra dünya KİV-lərində bu hadisənin səbəbləri ətrafında geniş müzakirələr müşahidə edilir. Ekspertlər müxalif partiya liderinin verdiyi təklifin nəyə görə Ərdoğan tərəfindən dərhal qəbul edilməsi arxasında duran məqamlara işıq salmağa çalışırlar. Doğrudur, MHP və AKP müttəfiqdirlər, lakin seçki ilə bağlı qəfil qərarın alınması daha geniş aspektdə izah tələb edir. Bununla bağlı müxtəlif fikirlər irəli sürülür. Hər şeydən öncə, aydındır ki, Ankaranın təhlükəsizlik məsələləri ilə bağlı müəyyən narahatlıqları var. Bura daxili və xarici faktorlar daxildir. Xüsusilə daxildə bir sıra siyasi qüvvələrin daha hiyləgər üsulla hakimiyyəti devirmək planlarının olması narahatlıq yaradır. FETÖ-nün yeni-yeni planları ortaya çıxır. Digər tərəfdən, Suriya və İraqda region dövlətlərini narahat edən proseslər özünü göstərir. Onlara çevik və konkret reaksiya vermək zərurətə çevrilib. Bütün bunların işığında Türkiyədə yeni idarəetmə üsulunun həyata keçirilməsinə ciddi ehtiyacın yarandığını qəbul etmək lazım gəlir. Biz problemin bu aspekti üzərində daha geniş dayanmaq istərdik.

Strateji xətt: daxili və xarici faktorlar işığında

Türkiyədə parlament və prezident seçkilərini 2019-cu ilin payızında keçirmək nəzərdə tutulmuşdu. Ancaq Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təklifi ilə seçkinin vaxtının irəli çəkilməsi məsələsi qalxdı. D.Baxçalı 2018-ci il 26 avqust tarixini təklif etdi. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanla aparılan müzakirələrdən sonra seçkini 2018-ci il iyunun 24-də keçirmək qərara alındı.

Türkiyənin seçkini 1 ildən də çox qabağa çəkməsinə dünya geniş reaksiya verdi. Analitik və ekspertlər bunun səbəbi ilə bağlı təhlillər aparırlar. Onların mövqeləri bir-birindən fərqlənir, çünki arqumentlər fərqlidir. Onların içərisindən müəyyən qrup arqumenti daha üstün tuturlar. Lakin bütövlükdə aydındır ki, söhbət Türkiyə üçün həyati əhəmiyyəti olan prosesdən gedir. Onun necə nəticələnəcəyindən yalnız Türkiyənin deyil, ümumilikdə Yaxın Şərq regionunun da geosiyasi taleyi xeyli dərəcədə asılıdır. Bu bağlılıqda Türkiyədə erkən seçkiyə gedilməsinin səbəbləri və mümkün nəticələri üzərində dayanmağa ehtiyac hiss edilir.

Ekspertlər hər şeydən əvvəl Türkiyənin təhlükəsizliyinin daha da aktuallaşdığını ifadə edirlər. Yaxın Şərq uğrunda dünyanın supergüclərinin apardığı savaş daha gərgin mərhələyə keçdiyindən regionda sürətlə vəziyyətin dəyişə bilməsi istisna edilmir. Xüsusilə Suriyada silahlı toqquşmalar daha təhlükəli miqyas almaqdadır. Regionun bir çox ölkələri Suriyaya müdaxilə etməkdən çəkinmir. Hətta İraq belə onun ərazisini bombalayır. Bu, o deməkdir ki, regionda hər zaman öncədən proqnozlaşdırılmayan və riskli proseslər başlaya bilər. Güclü dövlətlər buna hazır olmalıdırlar.

Rəcəb Tayyib Ərdoğan da seçkinin vaxtının irəli çəkilməsi ilə bağlı etdiyi çıxışında bu məqama geniş yer verib. Bir tərəfdən, Amerika başda olmaqla Qərbin böyük dövlətləri Suriyada hərbi dayaqlarını gücləndirirlər. Konkret olaraq Vaşinqton orada 60-65 minlik silahlı qrup yaradır. Həmin qrupun kürdlər və ərəblərdən ibarət olacağı haqqında yazırlar. Yeni silahlı dəstənin əsas vəzifəsi Suriyanın cənubunda Bəşər Əsədə tabe olmayan təsisat yaratmaq və orada İranla Rusiyanın nüfuzunun artmasına mane olmaqdan ibarətdir. Təbii ki, bu sıraya Türkiyə də daxildir. Hətta yeni silahlı qrup zaman-zaman Türkiyəyə qarşı da hərəkət etməlidir. Bunun səbəbi ABŞ-ın Türkiyənin Vaşinqtonun nəzarətindən kənar inkişaf etməsini istəməməsidir.

Son illər Ankara müstəqil siyasi addımlarını artırıb və faktiki olaraq böyük uğurlar əldə edib. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Türkiyə heç kəsin diktəsi ilə hərəkət etməyəcək. Məhz bu məqam Ankaranın "qərbli dostlarını" razı salmır. Onların təsəvvüründə Türkiyə də daxil olmaqla bütün müsəlman dövlətləri kənardan olan sifarişlərlə oturub-durmalıdırlar. Qərb dövlətlərinin bu aspektdə mövqeləri dəyişməyib. Suriya məsələsinə həmin fakt prizmasından baxdıqda region dövlətləri, ilk növbədə, Türkiyə üçün hansı ciddi təhlükələrin meydana gəlməkdə olduğu barədə nəticə çıxarmaq olar.

Məsələnin digər aspekti Türkiyənin daxilində fəaliyyət göstərən müəyyən siyasi qrupların qarşılarına qoyduqları məqsədlə bağlıdır. Baş verən hadisələr göstərir ki, onlar Türkiyənin hazırkı iqtidarının nəyin bahasına olursa-olsun devrilməsi istiqamətində işləyirlər. Bunun üçün kənardan olan sifarişləri belə qəbul edirlər. Həmin kontekstdə FETÖ məsələsi Ankara üçün əsl başağrısıdır. Vaşinqton F.Güləni Türkiyəyə təslim etmək istəmir. İndi Ankara bir amerikalı keşişi həbs edib. O adam Türkiyədə dövlətə qarşı fəaliyyət göstərirmiş. Buna Vaşinqton kəskin reaksiya verib.

Regionun supergücü: iddia və reallıq

Donald Tramp administrasiyası keşişin azad edilməsini tələb edir. Ankaranın cavabı isə qısa və konkretdir: Türkiyə hüquq dövlətidir və qərarı məhkəmə verəcək. Məhkəmənin verəcəyi qərara uyğun addım atılacaq. Bununla Ankara Zərrab məsələsində ABŞ-ın rəsmi orqanlarının qərəzli davranmasına cavab verir. Yəni, Türkiyə yenə də müstəqil addım ata bildiyini sübut etməkdədir.

Bunlarla yanaşı, Türkiyənin daxilindəki bir sıra siyasi qruplar təxribatlara belə əl atmaqdan çəkinmirlər. CHP və HDP hətta ortaq fəaliyyətlə bağlı danışıqlar aparırlar. Ankaranın dövlət üçün həyati əhəmiyyəti olan addımlar atmasına bəzən onlar təxribatçı və düşmən mövqeyinə uyğun reaksiya verirlər. Bununla çevik qərarların qəbul edilməsi maneələrlə üzləşir. Belə bir vəziyyətin aradan qaldırılması üçün Türkiyədə yeni idarəetmə sisteminə keçidi sürətləndirmək vacib şərt olaraq qarşıya gəlir.

Türkiyə rəhbərliyini qayğılandıran başlıca məsələ ölkədə iqtisadi-maliyyə təxribatlarının özünü göstərməsidir. Məsələn, banklar faiz dərəcələrini yüksək qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğanın müraciət etməsinə baxmayaraq, onlar faiz dərəcəsini aşağı salmaq istəmirlər. Bu da ölkə iqtisadiyyatına zərər verir. Vəziyyətdən çıxış yolu qanuni olaraq yeni idarəetmə sisteminin həyata keçirilməsindən ibarətdir.

Bunlarla yanaşı, Türkiyənin tələsməsi ətraf ölkələrdə seçkilərin həyata keçirilməsi ilə əlaqələndirilir. Rusiya, Azərbaycan, Ermənistan artıq bu mərhələni keçiblər. Türkiyədə də iqtidarın tam legitim hala gətirilməsinə ehtiyac vardır. Bunun üçün seçkini tez reallaşdırmaq gərəkdir. Görünür, Cənubi Qafqaz da daxil olmaqla geniş bir geosiyasi məkanda sürətli və taleyüklü proseslər proqnozlaşdırılır. ABŞ-da D.Trampın yüksək vəzifələrə sərt mövqe tərəfdarlarını gətirməsi dünyanın narahatlığını daha da artırıb. Bunun mümkün nəticələri üzərində indi düşünənlər az deyil.

Onu da vurğulayaq ki, bir sıra qərəzli dairələr seçkinin vaxtının irəli çəkməsini R.T.Ərdoğanın hakimiyyətdə qalma həvəsi ilə izah etməyə çalışırlar. Bu cür mövqenin arxasında duran məqam aydındır: Türkiyəni şəxsi ambisiyaların idarə etdiyi məmləkət kimi göstərmək! Bununla həm özlərinin qəsbkar niyyətlərini ört-basdır etməyə çalışırlar, həm də müsəlman xalqlarının demokratik, hüquqi dövlət yarada bilmədiyi təəssüratı formalaşdırmağa cəhd edirlər. Təbii ki, Türkiyənin dövlət ənənələri bu cür sərsəm ittihamların absurd olduğunu sübut edir.

Və bütün bunların əksinə, Türkiyənin gücləndikcə daha geniş məkanlarda fəallığını artırması fonunda türk dövlətçiliyinə zərbə vurmaq meyilləri də güclənir. Ankara Balkanlara nüfuz edir, Fransa narahat olur. Türkiyə Cənubi Qafqazda fəallığını artırır, başqalarının kürkünə birə düşür. Suriya və İraqda konkret addımlar atır, gecə yuxusuna haram qatanların sayı çoxalır. Deməli, Türkiyənin daha da güclənməsi və dünyada söz sahibi olması ciddi bir ehtiyaca çevrilib.

Yuxarıda ifadə edilən məqamlar göstərir ki, Türkiyədə seçkinin vaxtının dəyişdirilməsi həm ölkənin daxili vəziyyəti, həm də dünyada baş verən geosiyasi proseslərin məntiqinin dəyişməsi ilə bağlıdır. Türkiyə Yaxın Şərqin açar dövləti kimi ətrafında baş verənlərə uyğun hərəkət etməlidir. Ankara yeni şəraitə uyğun çevik qərarlar qəbul edə bilməsə, çox şeyləri itirə bilər. Bunun bütün müsəlman dünyasına zərər verə biləcəyinə şübhə yoxdur.

Həmin kontekstdə terrorla mübarizə məsələsi olduqca ciddi əhəmiyyət kəsb edir. Xüsusilə Suriyada bir sıra bölgələrdə antiterror əməliyyatlarının keçirilməsi Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Əgər həmin məqsədinə Ankara çata bilsə, bunun müsbət təsir dairəsi geniş olacaq. O cümlədən Cənubi Qafqazda erməni terroru ilə mübarizədə böyük uğurlar əldə etmək şansı meydana gələcək.

Belə görünür ki, Türkiyədə iyun ayı dövlətçilik baxımından mühüm bir tarix olacaq. Həmin gün türk milləti öz seçimini etməlidir. Bu seçimdən asılı olaraq, Türkiyənin dövlət kimi imici, gücü, mövqeyi və strateji məqsədləri yeni cizgilər alacaq. Biz bu prosesdə qardaş ölkənin qalib gələcəyinə inanırıq!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb