Türkiyənin aparıcı KİV-ləri Azərbaycanda həyata keçirilən islahatlara geniş yer ayırıb
Ankara, 6 dekabr, AZƏRTAC
Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar, o cümlədən dövlət başçısının Sərəncamı ilə Milli Məclisin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı türkdilli oxuculara geniş məlumatlar çatdırır.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “Milliyet”, “Hurriyet”, “Yeni Şafaq”, “Yeşil İğdır” “Yeni akit” və s. qəzetlər islahatlar prosesini geniş işıqlandırıb. Türkiyə KİV-ləri mövzu ilə bağlı analitik yazılar da təqdim edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara