TÜRKİYƏNİN GÜRCÜSTANDA YENİ HƏRBİ ATTAŞESİ TƏYİN OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Respublikasının Gürcüstanda yeni hərbi attaşesi təyin olunmuşdur.
Polkovnik Nuretin Aydoğan bu vəzifədə Səfər Acarı əvəz edəcəkdir. N.Aydoğan S.Acarla birlikdə Gürcüstan Müdafiə Nazirliyində tanışlıq görüşləri keçirmişlər. Görüşlərdə hərbi sahədə Gürcüstan-Türkiyə birgə layihələri, gələcək əməkdaşlıq planları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Türkiyə tərəfi bir daha Gürcüstanın NATO-ya üzvlüyü məsələsində onu dəstəkləyəcəyini, ölkənin müdafiə sistemində aparılan islahatlara yardım edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]