Türkiyənin nəqliyyat naziri Azərbaycanı Zəngilan aeroportunun açılışının ikinci ildönümü münasibətilə təbrik edib
Ankara, 20 oktyabr, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilan Beynəlxalq Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli nazir bazar günü, oktyabrın 20-də sosial şəbəkələrdə müvafiq paylaşım edib.
Nazir Türkiyə və Azərbaycan liderlərinin erməni işğalından azad edilmiş Zəngilanda hava limanının açılış mərasimində iştirakını xatırladıb.
Türkiyəli nazir, həmçinin Zəngilan hava limanının qardaş Azərbaycanın inkişafında yeni səhifə açdığına əminliyini ifadə edib. O, mülki aviasiya sahəsində qarşılıqlı fəaliyyət sayəsində Türkiyə ilə Azərbaycan qardaşlığının daha da parlaq olacağını vurğulayıb.
Uraloğlu öz paylaşımına Zəngilan Beynəlxalq Hava Limanının fotosunu, habelə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hava limanının rəmzi açılışını bildirən qırmızı lenti kəsmələrinin fotoşəkillərini əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]