MƏDƏNİYYƏT
TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir
Bakı, 5 dekabr, AZƏRTAC
Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplantıda Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nazirliyin rəsmiləri Yaşar Əliyev və Tamerlan Axundov iştirak edirlər.
İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, növbəti ildə TÜRKSOY təqvimində yer alması təklif edilən tarixi şəxsiyyətlər, habelə TÜRKSOY mədəniyyət paytaxtı elan olunacaq şəhərlər və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Toplantı çərçivəsində “Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasimi də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]