TurStat: Bakı qış səyahəti üçün MDB-nin ən cazibədar ikinci şəhəridir
Bakı, 26 dekabr, AZƏRTAC
Minsk, Bakı və Astana bu qış səyahət etmək uçun MDB-nin ən cazibədar şəhərləri siyahısında ilk üç yeri tutub.
AZƏRTAC xəbər verir ki, 2019-cu ilin qışı üçün MDB şəhərlərinə səyahət reytinqi “TurStat” analitik agentliyi tərəfindən tərtib edilib. Reytinqə görə, Belarusun Loqoysk və Siliçi, Azərbaycanın Şahdağ və Tufandağ, həmçinin Qazaxıstanın Çimbulaq turizm mərkəzləri MDB-dən olan turistlər arasında ən populyar dağ-xizək kurortlarıdır.
Agentliyin məlumatına əsasən, MDB-dən olan turistlər ucuz səfərlər üçün adətən Özbəkistanı (Daşkənd bu mövsüm 6-cı yerdə qərarlaşıb) və ya Moldovanı (Kişinyov 8-ci yeri tutub) seçirlər. Bazar günləri turları və alış-veriş üçün isə çox vaxt Bakı və Astanaya üstünlük verilir.
Rusiyalı turistlər qış turlarında qida və otellərə orta hesabla sutkada 50-100 dollar xərcləyir.