Ucar sakini dəm qazından boğularaq ölüb
Ucar, 23 noyabr, AZƏRTAC
Ucar rayonunda qadın dəm qazından boğularaq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün gündüz saatlarında rayonun Qazyan kəndində olub. Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Kəmalə Fəzail qızı Mehdiyeva hamam otağında dəm qazından boğularaq ölüb. Məlumata görə, evdə tək olan K.Mehdiyevanın cəsədini həyat yoldaşı işdən qayıdan zaman hamam otağında tapıb.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.