Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ÜÇ DƏNİZİN ƏFSANƏSİ” KONFRANSININ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab sədr!

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayıram, konfransın işinə uğurlar arzulayıram.

Bu gün müzakirə olunan məsələ böyük tarixə malikdir. “Üç dənizin əfsanəsi” - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi - konfransı beş ildir keçirilir. Ancaq nə üçün əvvəllər keçirilməyibdir? Çünki əvvəl bu işlərimizin bir-biri ilə bu qədər sıx bağlı olacağı haqqında məlumatlar çox az idi və buna inananlar da çox az idi. Ancaq, - mən bunu Azərbaycanı tərifləmək üçün demək istəmirəm, - ilk dəfə Azərbaycanda Xəzər dənizinin çox zəngin qaz və neft ehtiyatlarının olması və onların istifadə edilməsi haqqında məsələlər qalxandan sonra, 1994-cü ildə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalanandan sonra bütün dünyada Xəzər dənizi haqqında böyük müzakirələr keçdi. Çünki Xəzər dənizinin bu qədər zəngin neft və qaz yataqlarına malik olması dünyada çoxlarına məlum deyildi.

Ancaq Azərbaycanda biz bunu bilirdik. Çünki Azərbaycan alimləri, Azərbaycan geoloqları hələ 50-60 il bundan öncə Xəzərin dərin sularında neft və qaz hasil etməyə başlamışlar. Ümumiyyətlə, dünyada ilk dəfə, 150 il bundan öncə məhz Azərbaycanda sənaye üsulu ilə neft hasil olunubdur. Dünyada ilk dəfə də məhz Azərbaycanda 50 il bundan öncə suyun dərinliklərindən neft hasil edilibdir. Biz bunları Azərbaycanda bilirdik və bununla məşğul olurduq.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, özü öz sərvətlərinin sahibi olandan sonra bu sərvətlərdən daha geniş və səmərəli istifadə edilməsi üçün böyük addımlar atmağa başladı. Bu addımlardan birincisi, bunun əsasını qoyan 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilənin imzalanması oldu.

Yenə də deyirəm, biz o vaxt bu müqaviləni imzalayanda Xəzər dənizi haqqında dünyada kifayət qədər məlumat yox idi. Bu gün isə artıq aydındır ki, Xəzər dənizi öz karbohidrogen sərvətlərinin həcminə görə, ən azı, Şimal dənizi ilə müqayisə edilə bilər.

Əgər Şimal dənizinin hasil edilə bilən qalıq ehtiyatları 2,2 milyard tona bərabərdirsə, Xəzər dənizinin yalnız “Azəri-Çıraq-Günəşli” yataqlarının təsdiq olunmuş, hasil edilə bilən neft ehtiyatları təqribən 730 milyon tondur. Bu, ancaq həmin yataqlardadır. Azərbaycanda isə dünyanın müxtəlif şirkətləri ilə 20-dək müqavilə imzalanıbdır. Təbiidir, onların hamısı eynimiqyaslı deyil, fərqlidir. Amma əgər bunları cəmləsəniz görəcəksiniz ki, Xəzər dənizinin təkcə Azərbaycan sektorunda nə qədər böyük imkanlar var.

Ancaq indi məlumdur ki, Xəzər dənizinin Qazaxıstan sektorunda da çox böyük neft və qaz yataqları var. Rusiya sektorunda böyük neft-qaz yataqları var, digər sektorlarda da var. Beləliklə, biz 1994-cü ildən başlayaraq Xəzər dənizini dünyada təbliğ etdik, Xəzər dənizini tanıtdıq. Əgər yerin altından neft, qaz çıxarmaq və özü də böyük həcmdə çıxarmaq mümkündürsə, deməli, onu ixrac etmək, onu satmaq lazımdır. Bunun üçün də yollar araşdırılır. O zaman ilk dəfə Xəzər dənizindən müxtəlif neft kəmərlərinin çəkilməsi haqqında məsələlər meydana çıxdı.

Bu gün artıq məlumdur ki, biz 1997-ci ildə Xəzər dənizindən Qara dənizə Bakı-Novorossiysk neft kəməri çəkdik. Demək, Xəzər dənizini Qara dənizlə birləşdirdik. Ondan iki il sonra, 1999-cu ildə Xəzər dənizinin “Çıraq” yatağından çıxan neftin ixracını biz Novorossiysk kəməri ilə apara bilməzdik. Ona görə də biz ikinci bir kəmər, bu gün çox səmərəli işləyən neft kəməri, Bakıdan - Gürcüstanın Qara dənizdəki Supsa limanına kəmər çəkdik. Deyə bilərəm ki, 1999-cu ildən indiyə qədər bu neft kəməri ilə 20 milyon tondan artıq neft ixrac olunubdur və bu kəmər hələ gələcəkdə də böyük əhəmiyyətə malik olacaqdır.

Ancaq bunlar da bizi qane etmirdi. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında hələ 1994-cü ildən düşünürdük. Amma o vaxtlar buna inanan çox az idi. Mane olanlar da çox idi və bu günə qədər də bəziləri hesab edirlər ki, bu, xəyaldır. Yaxud da deyirlər ki, Bakı-Tbilisi-Ceyhan boru xətti, neft kəməri ilə ixrac edilməsi üçün Xəzər dənizində yetərli qədər neft yoxdur. Onlara cavab verərək, mən bu gün demək istəyirəm ki, 2010-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlarından 50 milyon ton neft hasil olunacaqdır və bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işləməsi üçün tamamilə bəsdir. Amma bir bu deyil, başqa yataqlar da var.

Burada məndən öncə çıxış edən dostlarım, cümhur başqanları söylədilər. Qazaxıstan, digər Xəzəryanı ölkələr də Bakı-Tbilisi-Ceyhan xəttindən istifadə edəcəklər. Artıq biz Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasına başlamışıq. Güman edirəm ki, bu, çox uğurla gedəcəkdir. Mən bildirirəm ki, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan böyük ixrac neft kəmərinin inşası başa çatacaq və biz hamımız - bu gün buradakı konfransda iştirak edənlər, mənim dostlarım, cümhur başqanları birlikdə Türkiyənin Aralıq dənizində olan Ceyhan limanına gedib, orada Xəzər dənizindən gələn neftin tankerlərə yüklənməsini görəcəyik.

Bütün bu işlər bu üç dənizin əfsanəsini yaratdı. Ona görə mən demək istəyirəm ki, beşinci dəfə keçirilən bu konfransın - üç dənizin əfsanəsinin bir anası var. Onun anası Xəzər dənizidir. Onun anasının da yanında duran Azərbaycandır.

Mən baxıram, vaxtilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir.

Mən bu konfransın iştirakçılarına və onun təşkilatçılarına bildirmək istəyirəm ki, bu əfsanə hələ davam edəcək, inkişaf edəcəkdir. Hesab edirəm ki, Xəzər dənizinin yataqlarından hasil ediləcək neft və qaz, - ya Azərbaycan sektoru olsun, ya Qazaxıstan sektoru olsun, yaxud başqa sektor olsun, - hamısı ixrac olunacaqlar. Yeni boru kəmərləri tikiləcəkdir.

Məsələn, indi Azərbaycanın “Şahdəniz” yatağı ilə bağlı, - hörmətli cümhur başqanı, əziz dostum Əhməd Necdət Sezər bu barədə çox gözəl dedi,- biz artıq hər şeyi imzalamışıq, hazırlamışıq. Boru kəməri tikilir, oradan çıxan qaz birbaşa Türkiyəyə, Ərzuruma gələcəkdir. Amma bu, birinci nöqtədir. Biz belə hesab edirik ki, Xəzər dənizindən çıxan qaz bundan sonra daha da uzağa, daha da irəliyə - Avropaya gedə bilər və gedə biləcəkdir. Çünki bizim imkanlarımız çoxdur.

Beləliklə, üç dənizin əfsanəsi həqiqətən böyük bir əfsanədir. Biz bu əfsanənin yaradılmasının iştirakçılarıyıq və bu əfsanəni reallığa çevirmişik. Artıq bu, əfsanə deyil, reallıqdır. Reallıq odur ki, Xəzər dənizindən neft və qaz hasil olur. Reallıq odur ki, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir. Reallıq odur ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası başlayıbdır. Reallıq odur ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası başlayıbdır. Bunlar gerçəklikdir. Bunlar reallıqdır.

Mən indi istəyirəm hörmətli dostlarıma təklif edəm ki, onlar yeni bir əfsanə üzərində düşünsünlər. Çünki artıq bunlar əfsanə deyil, bugünün reallıqlarıdır. Mən bu gün konfransda iştirak etməyimdən çox məmnunam. Hörmətli sədrlər, məni buraya dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Burada mənim dostlarım - Türkiyə cümhuriyyətinin başqanı hörmətli Əhməd Necdət Sezərə, Gürcüstanın başqanı hörmətli Eduard Şevardnadzeyə, Rumıniyanın cümhur başqanı hörmətli İon İliyeskuya, Ukraynanın başqanı hörmətli, çox gözəl bir insan Leonid Kuçmaya öz ehtiramımı bildirirəm. Çox məmnunam ki, biz bu gün səhərdən indiyə qədər heyətlərimizlə bərabər çox səmərəli işlər görmüşük.

Sağ olun, təşəkkür edirəm.

\Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı\.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı