ÜÇÜNCÜ ELEKTRİK XƏTTİ ÇƏKİLİR
Bu xətt payız-qış dövründə elektrik enerjisini fasiləsiz ötürməyə imkan yaradacaqdır. Hələlik 80 milyon manatlıq elektrik və inşaat materialları alınıb. Tikintiyə rayonun iş adamları da şəxsi maddi vəsaitlərini qoyurlar.
Xəttin çəkilməsində elektrik şəbəkəsi mütəxəssisləri ilə bərabər yerli icmaların nümayəndələri də iştirak edirlər. Məqsəd xətti payız-qış mövsümünədək istismara hazırlamaqdır.