Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ucqar kənd məktəblərində müəllim təminatı ilə bağlı görülən tədbirlər açıqlanıb VİDEO

Ucqar kənd məktəblərində müəllim təminatı ilə bağlı görülən tədbirlər açıqlanıb VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Bəzi ucqar məktəblərdə xüsusilə müəllim təminatından irəli gələn çətinliklər mövcuddur və bu da özünü şagirdlərin nəticələrində göstərir.

Bunu İctimai Televiziyada “Pressinq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov AZƏRTAC-ın sualına cavabında bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı monitorinq və beynəlxalq qiymətləndirmələrin nəticələrində müəyyən ərazilər və mövzular üzrə zəif nəticələr müşahidə olunur. Belə məktəblərdə müəllim təminatının yaxşılaşdırılması üçün əsas həllərdən biri hibrid təhsil modelinin tətbiqidir. “Bu həllin növbəti illərdə genişlənməsi də təmin olunacaq”, – deyə Eşqi Bağırov vurğulayıb.

Agentlik direktorunun sözlərinə görə, son iki ildə ucqar kənd məktəblərində müəllim təminatının yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də həyata keçirilib.

O bildirib ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir və ucqar kənd məktəblərinə təyin olunan müəllimlərin əməyinin stimullaşdırılması məqsədilə əməkhaqqına əlavələr və kompensasiyalar ödənilir. Həmçinin təyin olunan müəllimlərə ilkin əməkhaqqının iki misli qədər müavinət verilir.

Eşqi Bağırov qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerin mövcud olduğu rayon sakinlərinə də üstünlük verilir. Onun sözlərinə görə, bu yanaşma vakant yerlərin daha dayanıqlı şəkildə tutulmasına və müəllimlərin sonradan həmin yerlərdən imtina etməsi hallarının azalmasına imkan yaradır.

“Üstünlük hüququ olmasa və biz onu bütün namizədlər üçün açıq elan etsək, bəzi hallarda şəhər ərazilərindən həmin məktəbləri seçib ora təyin olunan, sonradan isə vakant yerlərdən imtina edən namizədlərin sayı daha çox olur. Burada üstünlük yerli sakinlərə verildikdə həmin vakant yerlər daha dayanıqlı şəkildə tutulur və imtina hallarının sayı minimuma endirilir”, – deyə o bildirib.

Eşqi Bağırov deyib ki, digər mühüm həll yollarından biri də şagird sayı az olan ucqar kənd məktəblərində müəllimlərin dərs yükünün optimallaşdırılmasıdır.

O qeyd edib ki, şagird kontingentinin az olması səbəbindən belə məktəblərdə ayrı-ayrı fənlər üzrə dərs saatlarının sayı da az olur. Bu səbəbdən bir neçə məktəb üzrə vakant yerlər bir iş yeri kimi müsabiqəyə çıxarılır.

“Məsələn, iki və ya üç məktəbin hər birində kimya fənnindən 6 saat tədris nəzərdə tutulursa, həmin fənn üzrə müsabiqəyə elan etdiyimiz yeri bir iş yeri olaraq təqdim edirik. Ora təyin olunan namizəd əvvəlcədən bunu bilməklə və razılığını ifadə etdikdən sonra üç məktəbdə işləmək hüququ qazanır”, – deyə Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu yanaşma nəticəsində müəllimin dərs yükü optimal şəkildə formalaşdırılır, əməkhaqqı daha rəqabətli olur və eyni zamanda bir neçə məktəbdə müvafiq fənnin tədrisi təmin edilir.

“Düşünürəm ki, bu həllərin nəticəsində həqiqətən bu il ucqar kənd məktəblərində kadr təminatı problemi son 10-20 ilin bəlkə də ən aşağı səviyyəsinə enib. Zənnimcə, növbəti illərdə bu həllərin nəticəsində daha yaxşı səviyyəyə çatacağıq”, – deyə Eşqi Bağırov əlavə edib.

Müxbir Tünzalə Zeyvəliyeva

Ucqar kənd məktəblərində müəllim təminatı ilə bağlı görülən tədbirlər açıqlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

® Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllim təminatı ilə bağlı görülən tədbirlər açıqlanıb VİDEO

Ucqar kənd məktəblərində müəllim təminatı ilə bağlı görülən tədbirlər açıqlanıb VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bu saata olan əsas xəbərlər

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib - YENİLƏNİB

“Turkic Music Awards” mükafatı təsis ediləcək

Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür

Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb

Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi qiymətləndirilib

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA